Rusiya parada nə qədər xərclədi?

Qələbə paradının təşkili üçün Rusiya Federasiyası 295,7 milyon rus rublu (6,7 milyon manat) ödəməli olub. Bu məbləğ ötən il qələbənin 70 illik yubileyi üçün çəkilən xərclərdən 3 dəfə azdır.
Avtosfer.az anspress-ə istinadən bildirir ki, 2015-ci ildə bu rəqəm 810 milyon rubl (18,4 milyon manat) olub. "Qırmızı meydan"da təşkil edilmiş paradda 10 mindən çox hərbi qulluqçu iştirak edib. Həmçinin 135 yeriyən hərbi texnika və 71 hava gəmisi nümayiş olunub. Paradı canlı izləyənlərin sayı yarım milyonu keçib. Hərbi paradın təşkilində zirehli maşın və texnikaların daşınması ən bahalı mərhələdir. Bunun üçün təşkilatçılar 158,7 milyon rubl (3,6 milyon manat) ödəyiblər.
86 milyon rus rublu buludlara sovrulub
9 mayda Moskva üzərində hava buludlu olduğundan, hökumət bunun üçün də xəsislik etməyib. Buludların seyrədilməsinə 86 milyon rubl (1,9 milyon manat) verib.
Rusiya hökumətinin ənənəvi olaraq keçirilən paradın xərclərini azaltmağı rublun zəifləməsi ilə izah edilir. Neftin qiymətindəki qeyri-sabitlik, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar və dolların dəyərinin artması iqtisadiyyata mənfi təsir edir.
Hələ 2016-cı ilin fevralında vəziyyətlə tanış olan iki agentlik məsələnin neftin qiymətinin aşağı düşməsindən yaranan zərərlər üçün büdcəni kompensasiya etmək məqsədilə qaldırıldığını bildirib. Rusiya Maliyyə Nazirliyi bu informasiyanı şərh etməkdən imtina edib. Eyni zamanda, nazirlik bildirib ki, neftin cari qiyməti və dolların bir rubl artımı xəzinəyə 30-40 milyard rubl ziyan gətirəcək.
Sabah bu yollarda monitorinq aparılacaq - Sürücülərin nəzərinə!
Həftəsonu bu yollar bağlı olacaq - XƏBƏRDARLIQ - FOTOLAR
Paytaxtın bu küçələrində sıxlıq müşahidə olunur - SİYAHI
Sürücülərin NƏZƏRİNƏ: Sabahdan İçərişəhərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılır
Yusufla birgə hamamda zəhərlənən qız sosial şəbəkədə məşhur imiş
Zelenskinin İrəvana rəsmi səfəri Rusiya-Ermənistan münasibətlərinə təsir edəcək? - POLİTOLOQ
Sabah bu yollar bağlı olacaq - SİYAHI
Səbaildəki lyuklardan şikayət olundu; qurum hərəkətə keçdi – FOTO - VİDEO
ABŞ-İran münaqişəsi; hər iki dövləti yoraraq dağıtmaq istəyirlər? - POLİTOLOQ
Cərimə hesabına qəzaları azaltmaq mümkündür? – AÇIQLAMA - VİDEO
Şahin Mustafayevin korteji Ağverəni belə tərk etdi - VİDEO










