Rusiya təyyarəsi 4 ildən sonra Tbilisidə endi, etirazlar başladı - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Rusiya və Gürcüstan arasında 2019-cu ildən dayandırılan uçuşlar bərpa olunub.
Avtosfer.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Rusiyanın “Azimut” aviaşirkətinin təyyarəsi Tbilisi hava limanında eniş edib.
Bu, etirazlara səbəb olub. Aeroportda təyyarəni “Sizə burada görməyə şad deyilik”, “Rusiya təyyarəsi, get…” və s. plakatlarla qarşılayırlar. Hüquq-mühafizə orqanları əməkdaşları etirazçıları gəliş zalının girişinə buraxmır.
Tbilisinin mərkəzində də etirazçılar toplaşmaqdadır. Onların əllərində Ukrayna, Gürcüstan və Avropa Birliyinin bayraqları var.
Gürcüstan Prezidenti Salome Zurabişvili bunu arzuolunmaz uçuş adlandırıb. “Gürcüstan xalqının müqavimətinə baxmayaraq, Rusiya Tbilisidə arzuolunmaz uçuş həyata keçirdi”, - o tviterdə yazıb.
Qeyd edək ki, Moskvaya uçacaq ilk Gürcüstan aviaşirkəti isə “Georgian Airways” olacaq. Moskvaya reyslər həftədə yeddi dəfə həyata keçiriləcək.
“RİA Novosti” xəbər verir ki, Tbilisi aeroportu ərazisindəki aksiya zamanı altı nəfər saxlanılıb.
Piyadalara su sıçradan sürücüləri hansı cəza gözləyir? - VİDEO
Sel suları kənd yolunun bir hissəsini yararsız hala saldı - FOTO
Bakı səhəri belə açdı - Yağışlı yollardan yeni görüntülər - VİDEO
Metropoliten rəisi: ictimai nəqliyyat pulsuz olmalıdır
Hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Yağış suları həyətə dolur, hərəkət çətinləşir; qurumlardan reaksiya yoxdur - VİDEO
Sabunçu keçidi bağlandı - VİDEO
FHN əhaliyə müraciət etdi
Ermənistan təyyarələrimizin uçuşuna qadağa qoyub? - AÇIQLAMA
Qar, yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək - Sabahın havası
Bu icra hakimiyyətində kadr dəyişikliyi oldu










