Rusiya Türkiyəyə mütəmadi reysləri dayandırmayacaq

İstanbul hava limanında baş vermiş terror aktından sonra Rusiya Türkiyəyə mütəmadi reysləri dayandırmayacaq. Avtosfer.az tass-a istinadən xəbər verir ki, bu barədə Hava Nəqliyyatı Federal Agentliyi "Rosaviasiya"nın rəsmi nümayəndəsi bildirib.
O əlavə edib ki, İstanbul hava limanındakı hadisə ilə bağlı Rusiyanın aeroportlarında təhlükəsizlik tədbirləri güçləndirilməyəcək. Rəsmi nümayəndə deyib ki, Rusiya aeroportlarında təhlükəsizlik onsuz da yüksək səviyyədə qorunub saxlanılır.
Xatırladaq ki, iyunun 28-də axşam Moskva-İstanbul istiqamətində uçan "Aeroflot" şirkətinə məxsus təyyarə "Şeremetyevo" aeroportuna geri qayıdıb. "Aeroflot" iyunun 29-da gecə və gündüz İstanbul-Moskva istiqamətində həyata keçirilən bütün reysləri təxirə salıb.
Qeyd edək ki, bu gecə İstanbulun Atatürk hava limanında 3 terrorçu-intiharçı özünü partladıb. Verilən son rəsmi məlumatlarda terror aktı nəticəsində ölənlərin sayının 36 nəfərə çatdığı, 147 nəfərin isə yaralandığı bildirilir. İlkin məlumata görə, terror aktını İŞİD terror təşkilatı törədib.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












