Rusiya və Azərbaycan prezidentləri Tacikistanda görüşəcək

Rusiya prezidenti Vladimir Putin Tacikistana səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. Avtosfer.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Qeyd edək ki, Putin Oktyabrın 8-dən 10-dək Tacikistana üç günlük səfərə gedəcək. Rusiya liderinin Düşənbədəki qrafikinə dövlət səfəri çərçivəsində tədbirlər, həmçinin Mərkəzi Asiya-Rusiya ikinci Sammitində və MDB Dövlət Başçıları Şurasının iclasında iştirak daxildir. Kremldən verilən məlumata görə, dövlət səfəri çərçivəsində Putin Tacikistan Prezidenti Rəhmon və Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparacaq. Tacikistan tərəfi ilə bir sıra mühüm sənədlər imzalanacaq, o cümlədən sərhəd təhlükəsizliyinin gücləndirilməsi, terrorizm və ekstremizmə qarşı mübarizə üzrə əməkdaşlıq proqramları, 2030-cu ilə qədər hərbi əməkdaşlıq konsepsiyası qəbul ediləcək. Bundan başqa, “MDB Plus” formatının yaradılması və Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi statusunun verilməsi ilə bağlı qərarların təsdiq edilməsi də nəzərdə tutulur.
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - FOTO - VİDEO
Vahid məktəbli forması ilə bağlı yeni qaydalar; vətəndaşlar nə düşünür? – SORĞU - VİDEO
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərindən GÜC NÜMAYİŞİ - VİDEO
Yoldakı çuxurlar avtomobilin daha çox hansı hissələrinə zərər vurur? - EKSPERT
Hazırda Bakıda 26 istiqamətdə tıxac var: SİYAHI - FOTO
“Avtovağzal” və “Xocasən” stansiyalarına giriş niyə pulsuz edilib? – AÇIQLAMA - VİDEO
Yol boşdur, amma tıxac var: Səbəb sürücülərdir? – VİDEO
Azərbaycanda 8 ayda sərnişin sayı bu qədər artıb – STATİSTİKA
Fərdi avtomobil sayı artır; ictimai nəqliyyat sistemi necə qurulmalıdır?
İlham Əliyev: "Ağdərə rayonunda işə başlanılıb" - VİDEO
Rusiyanın Ukrayna qatarlarını vurması nəyə hesablanıb? - AÇIQLAMA












