“Rusiya vertolyotları” Bakıya ən yeni modelləri gətirir

Rusiyanın vertolyot istehsalı ilə məşğul olan “Rusiya vertolyotları” holdinqi Bakıda keçiriləcək ADEX-2016 hərbi sənaye sərgisində özünün ən yeni modellərini nümayiş etdirəcək.
Avtosfer.az xəbər verir ki, bu barədə virtualaz.org holdinqdən yayılan açıqlamaya istinadən xəbər verir ki, sabah işə başlayacaq sərgidə “Rusiya vertolyotları” mülki və hərbi təyinatlı bir sıra aktual modelləri göstərəcək, habelə Mi-38 nəqliyyat vertolyotunu, Mi-28HE və “Ka-52” (Alligator”) döyüş modellərini sərgiyə çıxaracaq.
Holdinqin baş direktoru İqor Çeçikov deyib ki, Azərbaycan “Rusiya vertolyotları”nın ənənəvi partnyorlarından biridir. Bu ölkənin hakimiyyəti silahlı qüvvələrin hava parkının modernləşdirilməsinə böyük diqqət ayırır və mərhələli şəkildə yeni vertolyot texnikası ilə yeniləyir.
Çeçikovun sözlərinə görə, holdinq öz partnyorlarına ən qabaqcıl modelləri və ən yeni vertolyotları təqdim edəcək. Habelə holdinq vertolyotların satışından sonra onlara texniki qulluq göstərilməsini və artıq mövcud olan texnikanın modernləşdirilməsini də həyata keçirməyə hazırdır.
Sərgi zamanı holdinq Azərbaycanın müxtəlif strukturları ilə əməkdaşlığı genişləndirməyə imkan verəcək razılaşmalar imzalayacaq.
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA












