Rusiya xarici şirkətlə birgə yeni loukoster yaratmaq istəyir

Rusiya xarici kapitalın iştirakı ilə yeni loukoster aviaşirkətinin yaradılması imkanlarını nəzərdən keçirir. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bununla əlaqədar olaraq Malayziyanın "Air Asia", Macarıstanın "Wizz Air", Türkiyənin "Pegasus" şirkətləri də daxil olmaqla bir sıra iri əcnəbi aşağıbüdcəli şirkətlərlə məsləhətləşmələr aparılıb. Görüşlərdə xüsusilə birgə müəssisənin yaradılması müzakirə olunub. Bundan başqa, ilkin danışıqlar Rusiya Birbaşa İnvestisiyalar Fondu ilə aparılıb. Yeni aviadaşıyıcının istismar üçün artıq sertifikata malik rusiyalı aviaşirkətin bazasında yaradılacağı güman edilir. Layihə iştirakçıları loukosterin uçuşlarının, məsələn, Sankt-Petereburqun "Pulkovo" kimi iri regional hava limanlarından yerinə yetirilməsi imkanını nəzərdən keçirirlər. "Bu, Moskvadan yan keçərək regionlarda marşrut şəbəkəsinin genişlənməsinə və hələlik ancaq məhdud sayda təklif edilən ucuz aviadaşıyıcılara olan tələbatı ödəməyə imkan verərdi", - mənbə bildirib. Qəzet qeyd edib ki, yeni loukosterin yaradılmasına dair danışıqlar Rusiyada aviadaşımaların kəskin artımı fonunda aparılır. Belə ki, bu ilin yanvar-aprel aylarında bu göstərici 20,8%-dək yüksələrək 27,1 mln. nəfər təşkil edib. Xatırladaq ki, Rusiya ilk dəfə 2009-cu ildə ABŞ-ın "Indigo Partners" fondunun iştirakı ilə "Avianova" loukosterini yaratmışdı. Ən ucuz bazar qiymətləri təklif edən şirkət 2011-ci ildə borclarının çox olmasına görə fəaliyyətini dayandırdı. Hazırda Rusiyada işləyən yeganə aşağıbüdcəli şirkət "Pobeda"dır.
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT










