Rusiya XİN "Tramp marşrutu" layihəsinin detallarını öyrənmək niyyətindədir

Rusiya Xarici İşlər Nazirliyi (XİN) "Tramp Marşrutu" layihəsinin (Ermənistan ərazisindən keçəcək Zəngəzur dəhlizi - red.) detallarını öyrənmək niyyətindədir. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə avqustun 13-də keçirilən brifinqdə Rusiya XİN-in İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Fadeyev bildirib. "Tramp marşrutu"na gəlincə, biz öz mövqeyimizi sonraya saxlamışıq. Rusiya XİN layihənin təfərrüatlarını öyrənəcək, yeri gəlmişkən, bu detallar hələ açıqlanmayıb. Bu halda Cənubi Qafqazda regiondan kənar qüvvələrin cəlb edilməsi sülh gündəliyinin irəliləməsinə kömək etməli, yeni problemlər və yeni ayırıcı xətlər yaratmamalıdır", - o qeyd edib. Fadeyev qeyd edib ki, regionda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı qərarların hazırlanması və qəbul edilməsi zamanı bir sıra amillər, o cümlədən Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü və Ermənistanın Sünik vilayətində Rusiya sərhədçilərinin mövcudluğu nəzərə alınmalıdır.
Ramazan ayının iyirmi dördüncü gününün duası - İmsak və iftar vaxtı
"Maşın oğurluqdur" deyib əlindən aldı, sonra yenidən özünə satdı - Bakıda qəribə dələduzluq - VİDEO
Alman avtomobil nəhəngi müdafiə sənayesi üzrə də fəaliyyət göstərəcək - RƏSMİ
Uşağı döyən valideyn 200 manat cərimələnəcək, bəs sonra? - EKSPERT RƏYİ
Yer kürəsində maqnit qasırğası başlayıb
Paytaxtın 15 küçəsində tıxac var - SİYAHI
Nəqliyyatda yeni KARTLAR: Gediş haqqında QİYMƏT ARTIMI OLACAQ?
Bu universitetlər Bakıdan KÖÇÜRÜLƏCƏK - Yeni ünvanlar HARA OLACAQ?
Rusiyada dizel yanacağı kəskin bahalaşdı – BİZƏ MÜMKÜN TƏSİRİ
Bu şəxslər 150 manat cərimələnəcək
15 martda keçiriləcək buxarılış imtahanında vəziyyət necə olacaq? - Ekspert AÇIQLADI










