Rusiya yığması tam heyətlə Olimpiadadan kənarlaşdırılıb - FOTO

Dopinqlə bağlı ciddi nöqsanlara görə 387 idmançıdan ibarət Rusiya yığması tam heyətlə Rio-de-Janeyro Olimpiadasından kənarlaşdırılıb.
Avtosfer.az “gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Britaniyanın “Daily Mail” nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiyanın həyata keçirdiyi “dövlət dopinq proqramına” görə ölkə yığmasının bütün heyətini cəzalandırmağa qərar verib.
Mənbənin məlumatına görə, BOK-da Rusiyanı həmçinin Cənubi Koreyada keçiriləcək Qış Olimpiya Oyunlarından da kənarlaşdırmaq niyyətindədirlər.
“BOK bununla dopinqin bütün idmana ağır zərbə olduğunu nümayiş etdirmək istəyir”, - deyə mənbə bildirib.
Rusiya Olimpiya Komitəsi bundan əvvəl ölkə yığmasının tərkibinin təsdiqlənməsi üçün idmançıların tam siyahısını Rio-2016 Olimpiya Oyunlarının Təşkilat Komitəsinə göndərib.
BOK İcraiyyə Komitəsi iyulun 24-də Rusiya millisinin Rio-2016 Olimpiya Oyunlarında iştirakına dair qərar verəcək.
Rio-2016 Olimpiya Oyunları 5-21 avqustda keçiriləcək.
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI












