Rusiya Zəngəzur dəhlizinə nəzarətlə bağlı geri addım atır? – SİYASİ ŞƏRHÇİDƏN AÇIQLAMA - FOTO

Son günlər ölkə gündəminin əsas müzakirə mövzusu Şuşada keçirilən III Qlobal Media Forumu və Prezident İlham Əliyevin burada çıxışı zamanı bildirdikləridir. Zəngəzur dəhlizinin ABŞ şirkətinin nəzarətinə verilməsi ilə bağlı Azərbaycanın da mövqeyini dilə gətirəm ölkə başçısı bu məsələdə təkcə təhlükəsizlik və vətəndaşlarımızın Ermənistan əsgərlərini görməmələrinin vacibliyini qeyd edib.
Avtosfer.az xəbər verir ki, dəhlizə ABŞ şirkətinin nəzarətinin uyğunluğu Rusiyanın bu mövzuda qismən geri addım atmasına gətirib çıxarıb.
Belə ki, bu gün Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Zəngəzur dəhlizi ətrafındakı vəziyyət Ermənistan və Azərbaycanın suveren məsələsidir. Mövuz ilə bağlı suallarımızı cavablayan siyasi şərhçi Peskovun bu addımının geri çəkilmə yox, gələcəyə yönəlik strateji cümlə olaraq düşünülməsi daha doğru olar:

“Peskov ümumiyyətlə, Rusiya siyasətçiləri, dövlət rəsmləri arasında daha qısa danışan şəxs kimi tanınır və o, mümkün qədər diplomatik dildən istifadə edir. Çox zaman da əslində onun fikirləri real siyasətdən bir az fərqli görünür, yəni orada həmişə müəyyən bir yumşaq ton hiss olunmaqdadır. Şübhəsiz ki, Rusiya Zəngəzur dəhlizi ilə bağlı məsələdə israrlıdır və nəzarətin onda olmasını istəyir, bunu da “Üçtərəfli Bəyanat”la əlaqələndirir. Amma eyni zamanda Rusiya onu da dərk edirlər ki, proses ciddi şəkildə irəliləyir və xüsusilə də Ermənistan-Rusiya münasibətlərində olan gərginliklər və Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı nəzarətin Rusiyaya verilməməsindən ötürü atdığı addımlar Rusiya tərəfindən qəzəblə qarşılansa da, bu siyasəti dəyişmək imkanları da çox deyil. Peskov əslində həm də onu demək istəyir ki, Rusiya bu işi istəyir, amma bununla bağlı əlindəki imkanlardan da istifadə edəcək, amma alınmayacaqsa, Rusiyanın istədiyi olmayacaqsa, artıq bunu o cür əsaslandıracaqlar ki, bəli, Rusiya bunu iki tərəfin həll edə biləcəyi məsələ kimi qəbul edirdi və onların verdiyi qərara hörmətlə yanaşdı və s. Yəni, bu ,həm də ona hesablanıb ki, gələcəkdə bununla bağlı Rusiyanın nəticəyə gəlməyəndə, əsaslandırsan ki, bəli, Rusiya heç əvvəllər də bu məsələdə çox da israr eləmirdi. Nəticə belə də olur və biz də tərəflərin suveren hüquqlarına hörmət edirik. Amma əsl gerçək ondan ibarətdir ki, Rusiya bunu ciddi şəkildə istəyir və özünün nəzarətindən kənar bu dəhlizin açılmasına mane olmaq da istəyəcək. Məsələn, Ermənistandakı qarışıqlığın, siyasi gərginliyin səbəblərindən biri də budur.

O cümlədən, Azərbaycana edilən təzyiqlərin kökündə duran səbəblərdən də biri budur. Peskov bu məsələləri açıq-aşkar dildə deməyib. O və Rusiyada rasional düşünən şəxslər görürlər ki, Azərbaycan və Ermənistan ikitərəfli formatda prosesləri ciddi şəkildə irəlilədiblər. Sülh müqaviləsinin mətni yekunlaşıb, artıq bu iş bitib və qalır sənədin paraflanması, ardınca onun imzalanması, bunun üçün də məyyən həm prosedurlar, həm də tələblər yerinə yetirilməlidir.
O baxımdan, Rusiyanın hal-hazırkı təzyiqlərinə baxmayaraq, Azərbaycan və Ermənistanın, xüsusən Ermənistandan asıl olan məsələdir, Zəngəzur dəhlizinin açılmasını həll etmək mümkündür. Yəni bu, Ermənistanın siyasi qərarına bağlıdır.
Ermənistan hökuməti sadəcə bu prosesi uzatmaqla müəyyən dividentlər əldə etməyə çalışır, həm də Rusiyanın təsirini mümkün qədər neytrallaşdırmaq istəyir. Məhz Amerika şirkətinə dəhlizin nəzarətə verilməsi ideyası Ermənistanın gələn təklifdir. Mümkün qədər həm də gözləyirlər ki, ABŞ də müəyyən qədər bu məsələdə aktivləşsin və Rusiyanın təzyiqlərinin qarşısında dayanmaq üçün Ermənistana dəstək versin.
Yəni, məsələ Ermənistanla bağlıdır. Ermənistan əgər qərar alacaqsa, Azərbaycan buna təbii ki, qaraşmayacaq. Çünki Azərbaycan Prezidenti də Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunda da bildirib ki, bu onların işidir. Yəni, onlar verəcəklər qərarı. Bizim sadəcə olan bir istəyimiz var, təhlükəsiz və maneəsiz keçid və Azərbaycan vətəndaşı Ermənistan əsgərlərini görməməlidir. Bizim əsas istəyimiz budur”.
Səfər














