Rusiyada atom sualtı gəmiləri utilizasiya olunacaq

Rusiyada 941 (şifrə adı “Akula”) layihəsi üzrə buraxılmış “Arxanqelsk” və “Sverstal” atom sualtı gəmiləri utilizasiya olunacaq. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, sualtı gəmilər Rusiya hərbi-dəniz donanmasının döyüş heyətindən çıxarılıb. Utilizasiyanın səbəbinə gəlincə, agentliyin müsahibi onların istismarına artıq lüzum olmadığını bildirib. “Rosatom”un sualtı gəmiləri 2020-ci ilə kimi utilizasiya edəcəyi bildirilir. Hal-hazırda Rusiya Hərbi Dəniz Donanmasında döyüş heyətinin tərkibində olan 941U layihəsi əsasında hazırlanmış yeganə sualtı gəmi “Bulava” ballistik raketinin sınağının aparıldığı “Dmitri Donskoy” sualtı gəmisidir. 941 layihəsinə aid olan sualtı-gəmilər dünyanın ən böyük atom submarinləri sayılır. Layihə üzərində sovet konstruktoru Serqey Kovalyov işləyib. İlk bu tipdən olan TK-208 gəmisi 1980-ci ildə suya buraxılıb. Submarinin uzunluğu 172 metr, ağırlığı 49.8 min tondur. Ümumilikdə altı belə sualtı gəmi inşa olunub.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












