Rusiyada metroda partlayış, ölənlər və yaralılar var - FOTO-VİDEO

Rusiyanın Sank-Peterburq şəhərində metroda partlayış baş verib. Avtosfer.az xəbər verir ki, hadisə yerindən çəkilən fotoları şahidlər sosial şəbəkələrdə yerləşdiriblər. Fotolarda yaralıların olduğu görünsə də, hadisənin baş vermə səbəbi və ölənlərlə bağlı hələ ki, məlumat yoxdur.
Avtosfer.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində ən azı 10 nəfərin öldüyü, 50-dan çox yaralının olduğu bildirilir. Bildirilir ki, Sankt-Peterburq metrosunda iki partlayış baş verib. Partlayışların gücü 200-300 qram trotil ekvivalentində olub. Partlayışın mərkəzi isə vaqonlardan biridir.
Artıq istintaq qrupu hadisə yerində işləyir. Faktla bağlı cinayət işi açılıb.
Qeyd edək ki, "Sena meydanı" stansiyasında bu, ilk hadisə deyil. 1999-cu ilin iyununda da həmin stansiyasıda beton sütun uçub. Nəticədə 7 nəfər ölüb.
Fidan


İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY












