Rusiyada sorğu: Azərbaycan rusların gözündə düşmən, yoxsa dost ölkədir

Rusiyada keçirilən yeni ictimai rəy sorğusu Kreml üçün “ən böyük düşmənlər” və “ən yaxın dostlar” kimi qəbul edilən ölkələrin reytinqini ortaya çıxarıb. Avtosfer.az “Musavat.com”a istinadən xəbər verir ki, nəticələr Moskvanın beynəlxalq münasibətlərdəki prioritetlərini və ictimai baxışını aydın şəkildə nümayiş etdirir.
Ən böyük düşmənlər siyahısı:
1. Fransa – 48%
2. Böyük Britaniya – 42%
3. Almaniya – 41%
4. Ukrayna – 38%
5. ABŞ – 27%
Rusiyalıların yarısına qədəri Fransanı ən böyük təhlükə kimi görür. Avropa ölkələrinin siyahının önündə yer alması Qərblə münasibətlərdəki gərginliyi bir daha təsdiqləyir.
Burada müharibə apardıqları ölkənin - Ukraynanın düşmən siyahısında birinci olmaması da heyrət doğurur.
Ruslar üçün ən yaxın dostlar siyahısı:
1. Çin – 65%
2. Belarus – 41%
3. Hindistan – 26%
4. Şimali Koreya – 26%
5. İran – 16%
Xüsusilə Çin ilə münasibətlərdə ciddi sıçrayış qeydə alınıb – bu rəqəm 2022-ci illə müqayisədə 10 faiz bəndi artaraq 65%-ə çatıb. Şimali Koreyaya qarşı müsbət münasibətdə isə 22 faiz bəndi artım müşahidə olunub. Analitiklər hesab edirlər ki, Rusiyanın Çini “ən yaxın tərəfdaş” kimi görməsi Qərbin sanksiyalarına qarşı alternativ güc mərkəzlərinin formalaşdırılması strategiyasına uyğun gəlir. Çin, Şimali Koreya və İranın ilk beşlikdə olması isə Qərblə açıq qarşıdurmaya girən ölkələrin Kreml üçün əsas dayaqlara çevrildiyini göstərir.
Diqqətçəkən bir detal: Azərbaycan və Cənubi Qafqaz siyahıda yoxdur
Qeyd etmək lazımdır ki, bu siyahılarda nə Azərbaycan, nə Ermənistan, nə də Gürcüstanın adı çəkilmir – yəni Cənubi Qafqaz ölkələri nə “dost”, nə də “düşmən” kateqoriyasına daxil ediliblər. Bu isə, xüsusilə də Azərbaycan baxımından müsbət hal kimi qiymətləndirilə bilər. Təyyarə faciəsindən aonra Bakı və Moskva arasında son illərdə rast gəlinməyən soyuqlaşma rus xalqına sirayət etməyib. Eyni zamanda, rus ictimai rəyi Ermənistanı da ən yaxın dost siyahısında görmür...
Xırdalan və Sumqayıta metro xətti çəkiləcək
İlham Əliyev SƏRƏNCAM İMZALADI
Qubada qırıcımızın havaya qaldırılmasının səbəbi bilindi - Yeni açıqlama
Skuterlə avtobusa minmək olar?
Motosiklet sürücülərinin qayda pozmalarının qarşısı necə alına bilər? - EKSPERT
Velosiped zolaqlarında təhlükənin qarşısı necə alınmalıdır? – TƏKLİF
Gürcüstandakı “insan mərkəzli küçə” nümunəsi Bakıya gətirilə bilər? - FOTO
Slovakiya Azərbaycana nəqliyyat sahəsində əlaqələri artırmağa kömək edə bilər - İQTİSADÇI
Atası təsisçi, qızı rektordur - Qalmaqallı universitet kimə məxsusdur?
Bu avtobus marşrutları müsabiqəyə çıxarılır
Yay tətilində yollar niyə poliqona çevirilir ? - AÇIQLAMA










