Rusiyada universitetə silahlı basqın nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB

Perm Dövlət Universitetinə silahlı basqın nəticəsində ölən və yaralananların sayı artıb.
Avtosfer.az TASS-a istinadən xəbər verir ki, ölənlərin sayı 8-ə çatıb.
Hücum nəticəsində 14 nəfər yaralanıb.
11:45
Perm Dövlət Universitetinə silahlı hücum edən şəxs 18 yaşlı Timur Bekmansurovdur.
Avtosfer.az Rusiya mediasına istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları terrorçunu saxlayıb.
T.Bekmansurov ilkin ifadəsində bu hücumu uşaqlıqdan planlaşdırdığını və 10-cu sinifdən bəri bunun üçün pul yığdığını deyib. O, həmçinin hansısa radikal təşkilatın üzvü olmadığını bildirib.
11:35
Rusiyanın Perm Dövlət Universitetinə silahlı basqın olub.
Avtosfer.az “Haber Global”a istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, 4 nəfər isə yaralanıb.
Məlumata görə, silah səsləri tələbələr arasında təlaşa səbəb olub. Onlar özlərini pəncərələrdən atıblar.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.













