Rusiyadan Azərbaycana gələnlər belə yoxlanılır - FOTOLAR

Samur postunda “donuz qripi”nə qarşı qabaqlayıcı tədbirlər görülür. Avtosfer.az-ın anspress-ə istinadən məlumatına görə, Rusiya Federasiyasının müxtəlif ərazilərində, o cümlədən qonşu Dağıstan respublikasında əhali arasında donuz qripinin müşahidə olunması, ölüm hallarının baş verməsi Dövlət Gömrük Komitəsinin ölkənin şimalındakı gömrük post əməkdaşlarının gücləndirilmiş iş rejiminə keçməyə sövq edib. Bu barədə Komitə sədri Aydın Əliyev postlara xüsusi göstəriş verib.
Xaçmaz gömrük idarəsinin Samur gömrük postunun rəis muavini Cavid Nadirovun məlumatına görə, Rusiya Federasiyasında donuz qripi virusu aşkarlanması barədə məlumat yayıldıqdan sonra qurum GK rəhbərliyinin xususi tapşırığına əsasən gücləndirilmiş rejimlə çalışır.
Bir neçə gündür Rusiyadan Azərbaycana gələn bütün nəqliyyat vasitələri postun girəcəyində dezinfeksiya edilir, avtomobillərin təkər və şin hissələri xüsusi məhlulla yuyulur və ölkəyə buraxılır.
Ölkəyə gələn sərnişinlər üçün piyada keçid xəttində dezo baryer qoyulub, bütün sərnişinlər buradan keçib daxil olur posta. Bundan əlavə, termovizion adlanan xüsusi aparatdan yüksək hərarəti olan insanlar keçəndə o, cingiltili səs çıxarır.



Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT
Metroda xətlərin ayrılması tələbələrin kirayə xərclərinə təsir edəcəkmi?
Sərnişin sıxlığı ilə əlaqədar dərslər distant təşkil oluna bilər? - Ekspertdən AÇIQLAMA
Metrodakı təmir işlər taksi qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
“Qırmızı körpü”də TIR sıxlığı - Sürücülər günlərdir gözləyir - VİDEO










