Rusiyadan Azərbaycana yeni silahlar gətirilir

Rusiyadan alınmış hərbi texnikanın yeni partiyasının Azərbaycana tədarükü davam edir. Avtosfer.az haqqın.az-a istinadən xəbər verir ki, silah tədarükü Bakı və Moskva arasında imzalanmış hərbi-texniki əməkdaşlıq haqqında razılaşmaların əsasında həyata keçirilir. Belə ki, hazırda BMP-3 döyüş maşınının bazasında hazırlanmış 120 mm-lik “Vena” özüyeriyən artilleriya qurğuları, BTR-80 döyüş maşınlarının bazasında hazırlanmış və ən müasir avadanlıqla təchiz edilmiş BTR-82A zirehli maşınlarının tədarükü davam edir. Eyni zamanda rusiyalı mütəxəssislərin iştirakı ilə hərbi texnikaya texniki dəstəyin göstərilməsi, təyinatı üzrə tətbiqinə hazırlıq, həmçinin şəxsi heyətin öyrədilməsi üzrə işlər aparılır. Bundan başqa, ən müasir texnologiyaların tətbiqi ilə istifadə olunan silah və döyüş texnikasının mərhələli şəkildə müasirləşdirilməsi həyata keçirilir. Saytın məlumatına görə, hazırda cəbhəyanı bölgədə hərbi anbarlar və arsenalların həm yerli hərbi müəssisələrdə hazırlanmış, həm də Rusiyadan gətirilmiş müxtəlif çaplı mərmilər, sursatlar və minalarla planlı qaydada doldurulması istiqamətində iş aparılır.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












