Rusiyadan Bakıya yeni aviareyslər açılır

Rusiyanın “Komiaviatrans” (Komi Respublikası) aviaşirkəti Sıktıvkar və Nijni Novqorod şəhərlərindən Bakıya yeni aviareyslər təşkil edəcək.
Avtosfer.az xəbər verir ki, bu barədə “Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, Azərbaycana uçuşlar avqustun 25-dən başlayaraq “Embraer” tipli təyyarə ilə həyata keçiriləcək. Bunu aviaşirkətin baş direktoru Aleksandr Ponomaryov bildirib.
Sıktıvkardan təyyarələr Samarada tranzit etməklə cümə axşamı günü uçacaq. Komi paytaxtının aeroportundan saat 12:10-da uçan təyyarə, Bakıya saat 18:15-də eniş edəcək. Sözügedən marşrut üzrə əks istiqamətdə reyslər cümə günləri olmaqla, Bakıdan saat 14:15-də yola düşəcək və 18:20-də Sıktıvkara çatacaq.
Hazırda bu istiqamət üzrə bir tərəfə biletin qiyməti 435 manat (18 min rubl) təşkil edir.
Eyni zamanda, paralel olaraq Nijni Novqoroddan da Bakıya reys açılacaq. Sözügedən marşrut üzrə cümə axşamı günü Bakıdan saat 19:15-də yola düşəcək təyyarə, saat 21:00-da Nijni Novqoroda enəcək. Əks istiqamətdə isə cümə günü Nijni Novqoroddan 09:30-da yola düşən təyyarə, Bakıya saat 13:15-də çatacaq.
Bu istiqamətdə isə biletin qiyməti 411 manat (17 min rubl) təşkil edəcək.
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI












