Rusiyadan məhsul dolu vaqonlar niyə geri qayıdır?

Azərbaycandan gedən, kənd təsərrüfatı malları yüklənmiş 4 vaqon gecə saatlarında Rusiyadan Azərbaycana qaytarılıb. Avtosfer.az anspress-ə istinadən məlumatına görə, buna səbəb qonşu ölkənin Azərbaycan məhsullarının Türkiyə və digər ölkələrdə qablaşdırılmasına dair narazılığıdır.
Azərbaycan-Rusiya sərhədindəki Yalama dəmiryolu stansiyasında vaqonların açılması prosesində iştirak edən Azərbaycan Gömrük Komitəsinin əməkdaşları Rusiya tərəfinin bu iddialarının tamamilə əsassız olduğunu bildirib.
Xaçmaz gömrük idarəsinin rəis müavini Zal Zalovun sözlərinə görə, Rusiyanın geri qaytardığı pomidorlar Şəmkir istixanalarında yetişdirilmiş yerli məhsullardır, qablaşdırma da Azərbaycanda aparılıb.
"Burada nəyinsə Türkiyədə istehsal olunması və ya orada qablaşdırılması haqda söhbət gedə bilməz", - deyə Zalov ANS-ə bildirib. Rəis müavininin bu sözlərini sahibkarlar da təsdiqlədilər. Nurlan Məmmədov deyir ki, pomidorlar Göyçay, Şəmkir və Azərbaycanın müxtəlif rayonlarında yetişdirilir, qablaşdırılır və buradan Rusiya Federasiyasına göndərilir.
Xaçmaz gömrük idarəsindən o da bildirildi ki, son günlər yaranan bu problemlə bağlı komitə əməkdaşları Dağıstanın gömrük orqanları ilə danışıqları davam etdirirlər. Verilən məlumata görə, Azərbaycandan gedən məhsulların hamısının mənşə və fitosanitar sertifikatları və digər sənədləri tam qaydasındadır.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












