Rusiyalı çempionu qətlə yetirmiş azərbaycanlı hələ tutulmayıb

Rusiya İstintaq Komitəsi Xabarovskda idmançını qətlə yetirən azərbaycanlı MMA döyüşçüsü Anar Allahverənovun tutulması ilə bağlı məlumatı təkzib edir. Avtosfer.az virtualaz.org-a istinadən xəbər verir ki, Komitədən verilən açıqlamada pauerliftinq üzrə dünya çempionatının gümüş medalçısı, Andrey Draçovun ölümündə şübhəli bilinən şəxs saxlanılmayıb, amma onun axtarışı davam etdirilir. “KİV və sosial şəbəkələrdə pauerliftinq üzrə dünya ikincisinin öldürülməsində şübhəli binin şəxsin saxlanılması ilə bağlı qeyri-dəqiq məlumatlar yayılıb. Həmin şəxs tutulmayıb, axtarışdadır, hazırda hüquq-mühafizə orqanları onun saxlanılması ilə bağlı geniş miqyaslı axtarış tədbirləri həyata keçirir”, - Rusiya İstintaq Komitəsinin məlumatında deyilir. Məlumatda həmçinin bildirilir ki, təhqiqatçılar şübhəli şəxsin ola biləcəyi ehtimal olunan yerlərdə 4 axtarış keçiriblər. Xatırladaq ki, bir qədər əvvəl “Qovorit Moskva” radiostansiyası 2011-ci il pauerliftinq üzrə dünya çempionatının 120 kq dərəcəsində gümüş medalçısı, rusiyalı Andrey Draçovu dünən Xabarovsk şəhərində döyərək ölümünə səbəb olmuş azərbaycanlı MMA döyüşçüsü Anar Allahverənov saxlanılması ilə bağlı məlumat yayılmışdı.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












