Rusiyalı qız öz ölkəsindən çıxa bilmək üçün terror aktına cəhd etdi – VİDEO

Rusiya Federal Təhlükəsizlik Xidməti əməkdaşları Sankt-Peterburqda terror aktı hazırlayan 23 yaşlı rusiyalı qızı saxlayıblar.
Avtosfer.az TASS-a istinadən xəbər verir ki, 2002-ci il təvəllüdlü Rusiya vətəndaşının Ukrayna xüsusi xidmət orqanlarının tapşırığı ilə terror aktı hazırlığında iştirakı aşkar edilərək qarşısı alınıb.
Bildirilir ki, o, 2024-cü ilin iyun ayında teleqram və vatsap vasitəsilə Ukrayna xüsusi xidmət orqanının nümayəndəsi ilə əlaqə yaradıb. Rusiyadan çıxışa və Avropa İttifaqı ölkələrindən birinin vətəndaşlığını almağa kömək müqabilində diversiya-terror fəaliyyətində iştirak etməyə hazır olduğunu bildirib.
O, tapşırığa uyğun olaraq Moskva vilayətində ictimai yerlərdə Ukraynanı dəstəkləyən şüarlar yazıb və dəmiryolu infrastruktur obyektini yandırmağa cəhd göstərib.
2025-ci ilin aprel ayında isə Sankt-Peterburqa gedib və orada müdafiə sənayesinə aid müəssisələrdən birinin əməkdaşını izləyib. Məqsədi kustar üsulla hazırlanmış partlayıcı qurğudan istifadə etməklə həmin şəxsin avtomobilini partlatmaq olub. O, terror aktı planlaşdırılan şəxsin avtomobilinin altına həmin qurğunu yerləşdirdiyi an saxlanılıb.
Onun barəsində həbs qətimkan tədbiri seçilib.
Terror aktına cəhd edən şəxsin saxlanılma anının görüntülərini təqdim edirik:
Ramazan ayının iyirmi beşinci gününün duası - İmsak və iftar vaxtı
Prezident TƏSDİQLƏDİ: Aprelin 1-dən qüvvəyə minəcək
Benzinin qalxması elektromobillərə marağı artır – ABŞ-də
Bu gecə Yer kürəsi vurulacaq - XƏBƏRDARLIQ
Qazla işləyən avtobus sürücülərinə pulsuz yemək verilir? – RƏSMİ AÇIQLAMA
Piyadalar keçidlərdən niyə istifadə etmirlər? - Aeroport yolunda "ölüm yarışı" - VİDEO
Bir piyadaya görə 60 nəfər dayanır - Ekspert
Ramazan ayının iyirmi dördüncü gününün duası - İmsak və iftar vaxtı
"Maşın oğurluqdur" deyib əlindən aldı, sonra yenidən özünə satdı - Bakıda qəribə dələduzluq - VİDEO
Alman avtomobil nəhəngi müdafiə sənayesi üzrə də fəaliyyət göstərəcək - RƏSMİ
Uşağı döyən valideyn 200 manat cərimələnəcək, bəs sonra? - EKSPERT RƏYİ










