Rusiyanın daxili işlər naziri Azərbaycanda

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubovun dəvəti ilə Rusiya Federasiyasının daxili işlər naziri, RF-nin polis generalı Vladimir Kolokoltsevin başçılıq etdiyi nümayəndə heyəti dekabrın 6-da ölkəmizə birgünlük rəsmi səfərə gəlib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, əvvəlcə Vladimir Kolokoltsev və onu müşayiət edən şəxslər Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarı önünə əklil qoyub, əziz xatirəsini ehtiramla yad ediblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üstünə tər çiçəklər düzülüb. Sonra daxili işlər naziri Ramil Usubov Rusiya Federasiyasının daxili işlər naziri Vladimir Kolokoltsevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Qonaqları səmimi salamlayan nazir bu səfərin birgə əməkdaşlığın daha da genişlənməsinə təkan verəcəyinə əmin olduğunu bildirib və səfərə hazırlıq mərhələsində razılaşdırılmış xeyli təşkilati işlərin görüldüyünü, bu baxımdan 2017-2019-cu illərdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Daxili İşlər nazirlikləri arasında qarşılıqlı yardım haqqında Protokolun layihəsinin razılaşdırıldığını, həmin sənədin imzalanmasında hər iki tərəfin maraqlı olduğunu vurğulayıb.
Daxili işlər naziri prezidentlər-cənab İlham Əliyev və cənab Vladimir Putinin siyasi iradələrinə uyğun olaraq ölkələrimiz arasında mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdiyini qeyd edib. Son illər qarşılıqlı faydalı işbirliyinin müsbət nəticələrinin olduğu, müxtəlif istiqamətlərdə, o cümlədən, cinayətlərin açılması, axtarışda olanların tutulması, onların ekstradisiyası, sərhədyanı regionlarda birgə razılaşdırılmış tədbirlərin keçirilməsi məmnunluqla xatırlanıb.
Ramil Usubov bu günlərdə sərhədyanı ərazilərdə keçirilən "Sərhəd-Sipər" kompleks əməliyyat-profilaktik tədbirlərini yada salıb və Rusiya Federasiyası Dağıstan Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə sıx əlaqələrə malik olduğumuzu, tərəflər arasında daimi informasiya mübadiləsi aparıldığını, ən müxtəlif səviyyələrdə görüşlərin həyata keçirildiyini bildirib.
Daha sonra qonaqlara ölkəmizdə cinayətkarlıqla mübarizənin vəziyyəti barədə geniş məlumat verilib. Kadr hazırlığı sahəsində göstərilən köməyə görə təşəkkür edən nazir əmin olduğunu bildirib ki, bu səfər ikitərfli münasibətlərin inkişafında əhəmiyyətli hadisə olacaq, eyni zamanda, əməliyyat-xidməti fəailiyyətin bütün sahələrində əməkdaşlığı dərinləşdirməyə əlavə impuls verəcək.
Səmimi qəbula və ətraflı məlumata görə təşəkkür edən Vladimir Kolokoltsev iki ölkənin daxili işlər orqanları arasında əməkdaşlığın genişləndirilməsində Rusiya tərəfinin də maraqlı olduğunu, hazırkı səfərin bu məqsədə xidmət edəcəyinə əminliyini, eyni zamanda, Azərbaycan-Rusiya-İran prezidentlərinin I Bakı Sammitində imzalanmış Bəyannamənin qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni imkanlar açacağını bildirib.
Görüşün sonunda nazirlər 2017-2019-cu illərdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Daxili İşlər nazirlikləri arasında qarşılıqlı yardım haqqında Protokol imzalayıblar.
Elmin
Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr – SİYAHI
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO










