Rusiyanın ən zəngin varisi azərbaycanlıdır

“Forbes” jurnalı Rusiya milyarderlərinin ən zəngin varislərinin reytinqini dərc ediblər. Reytinq tərtib edilərkən atanın sərvətindən bir övladın payına düşən pay nəzərə alınıb. Bunun üçün milyarderlərin sərvəti uşaqların sayına bölünürdü. Oxu.az RBK-ya istinadən xəbər verir ki, siyahıya Yusif Ələkbərov birinci olub. O, LUKOIL şirkətinin təsisçisi və əsas səhmdarı Vahid Ələkbərovun yeganə oğludur, onun payına 8,9 milyard dollar düşür (jurnal onun atasını sərvətini belə qiymətləndirib). Yusif Ələkbərov 1990-cı ildə anadan olub, 2012-ci ildə “neft yataqlarının işlənməsi və istismarı” ixtisası üzrə Qubkin adına neft və qaz RDU-nu bitirib. 2013-cü ildə “Bolşoy dozor” proqramında (“Vedomosti” qəzeti və “Exo Moskvı” radiostansiyasının birgə layihəsi) Vahid Ələkbərov oğlunun Qərbi Sibirdə işlədiyini bildirib. “O, fəhlə idi, indisə texnoloqdur. O, bu yolu keçəcək, sonra isə öz taleyini özü seçər”, - milyarder deyib. Ələkbərov oğlunu özünə əvəz hazırlamadığını deyib. “Mən artıq səhmlərimin, hətta həyatdan getdiyimdən sonra da bölünməz olaraq qalmasının qayğısına qalmışam. Səhmlər paketimin şirkətin sabitliyini uzun illər təmin edəcək və mənim oğlumun onu parçalamaq və ya satmaq hüququ olmayacaq”, - o deyib. “Forbes”in dəyərləndirmələrinə görə, Rusiyada 77 dollar milyarderi var, onların ümumilikdə 243 övladı var. Reytinqdə ümumilikdə 47 övladı olan 20 milyarder yer alıb.
Baharın müjdəçisi və türk dünyasının birlik bayramı - NOVRUZ
Maşına quraşdırılan əlavə avadanlıqlar mühərrikə necə təsir edir? - ARAŞDIRMA
MSK sədri və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Bakıya giriş bağlandı - Uzun tıxac yarandı - VİDEO
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Prezident mühüm Fərman imzaladı
Bakının bu ərazisində piyadaların xaotik hərəkəti nəqliyyatı iflic edir - AÇIQLAMA
İranda başlanan münaqişə qlobal gübrə və kükürd ticarətinə necə təsir edib? – Ekspert AÇIQLADI
Ərəb ölkələrinin ABŞ-İsrail-İran münaqişəsinə qoşulması gündəmdədir – SİYASİ ŞƏRHÇİ
Bəzi obyektlər dövlət tərəfindən qorunan binalara müdaxilə edir - MEMAR
Obyektlərin icarə xərcləri onlayn ticarətə təkan verir – Ekspert RƏYİ










