Rusiyanın hərbi gəmiləri Xəzəryanı ölkələrin limanlarına səfər edəcək

"Volqodonsk" kiçik artilleriya gəmisi və Xəzər dəniz donanmasının əlavə dəstək gəmilərinin heyəti Xəzəryanı ölkələrin limanlarına dəniz yolçuluğu ilə bağlı hazırlıqları tamamlamaq üzrədir. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, daimi qalma məntəqələrində və dənizə açılma nöqtələrində aparılan təlim prosesində ekipaj üzvləri müxtəlif məzmunlu gəmi təlimləri həyata keçirib. Təlimlər zamanı gəmi bölüyünün birgə manevri və müxtəlif hədəflərə artilleriya atəşi ilə döyüş tapşırıqlarını yerinə yetirmək üzrə hazırlıq keçirilib.
Məlumata görə, dəniz yolçuluğu zamanı Xəzəryanı ölkələrin limanlarına səfər də planlaşdırılır. Qeyd olunur ki, "Volqodonsk" gəmisinin ekipajı artıq hərbi qarovulların və hərbi orkestrin təliminə başlayıb. Müəyyən edilmiş limanlarda xarici nümayəndə heyətlərini qəbul edəcək gəmidə həmçinin əcnəbilər üçün ekskursiya nəzərədə tutulub.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












