Rusiyanın hərbi gəmisi Bakıya səfərə gəlib - FOTOLENT

Sentyabrın 27-də Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının komandanı kontr-admiral Sergey Pinçukun rəhbərliyi ilə "Uqliç" kiçik raket gəmisinin Bakıya səfəri başlayıb. Avtosfer.az.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Rusiyanın nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda mərhum prezident Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Daha sonra akademik Zərifə Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Sonra nümayəndə heyəti Şəhidlər Xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərin xatirəsini anıb, məzarları üzərinə tər çiçəklər düzüb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.
Ziyarətdən sonra kontr-admiral Sergey Pinçukun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin komandanının vəzifələrini icra edən 1-ci dərəcəli kapitan Hicran Rüstəmzadə ilə görüşüb.
Sentyabrın 30-dək davam edəcək səfər çərçivəsində Rusiya nümayəndə heyətinin bir sıra görüşləri, eləcə də "ADEX 2016" İkinci Azərbaycan beynəlxalq müdafiə sərgisində iştirakı nəzərdə tutulub.
Emin
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA




















