Rusiyanın nüvə qatarı: ABŞ-a CAVAB

Gündəm 13 May 2016 16:23 Oxunub 1799
Rusiyanın nüvə qatarı: ABŞ-a CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Əgər belə qatarların sayı bir neçə dənə olacaqsa onlar müxtəlif vaxtlarda və müxtəlif yerlərdə hərəkət edəcəklər"

Rumıniya ərazisindəki keçmiş "Deveselu" hərbi-hava bazasında NATO-nun Şərqi Avropada raketdən müdafiə sisteminin ilk obyektinin döyüş növbəsinə qəbul edilməsinə cavab olaraq Rusiya "soyuq müharibə" dövrünün Amerikanı ən çox qorxudan silahını-nüvə qatarını işə salmağa qərar verib.

Avtosfer.az virtualaz.org-a istinadən bildirir ki, Rusiya Müdafiə Nazirliyi dəmiryol döyüş raket kompleksi "Barquzin"in yaradılmasına dair qərarı açıqlayıb.

Rusiya Hərbi Hava Qüvvələrinin komandanının MDB ölkələri üzrə Birləşmiş hava hücumundan müdafiə sistemlərini kurasiya edən müavini, general-leytenant Ayteç Bijev APN agentliyinə açıqlamasında deyib ki, "Barquzin" raket-qatarı xarici görkəminə görə adi sərnişin qatarından fərqlənməyəcək və Rusiyanın dəmir yolları şəbəkəsi ilə hərəkətdə olacaq.

"Əgər belə qatarların sayı bir neçə dənə olacaqsa onlar müxtəlif vaxtlarda və müxtəlif yerlərdə hərəkət edəcəklər. Siqnal daxil olanda raket-nüvə zərbəsi endirəcəklər. Belə siqnal alınanda qatar dayanır, ondan kontakt məftillərini kəsmək üçün xüsusi qayçılar ayrılır. Bundan sonra raket qurğusu yerləşdirilmiş vaqonlardan biri qatardan açılır və nüvə zərbəsinə hazırlaşır", - general deyib.

Sovet dövrlərini xatırladan general deyir ki, Kostroma raket diviziyasının silahlanmasına daxil olan nüvə qatarları məxfi şəkildə və müəyyən qrafik əsasında hərəkət edirdi. Donanmanın strateji nüvə qüvvələri kimi döyüş növbəs çəkirdi və onların öz mövqe rayonları var idi. "Qatarların həərkət qrafiki həmişə məxfi qalırdı və bu da effektivliyi təmin edirdi. Təəsüf ki, həmin raket kompleksləri nüvə tərksilahı haqda razılaşmalar əsasında məhv edild. Bu, böyük səhv idi, indi biz nəhəng vəsaitlər sərf edib qatarları bərpa etməliyik", - Bijev deyib.

Generalın sözlərinə görə, NATO-nun Avropadakı raketdən müdafiə sistemi İrana qarşı yox, Rusiyaya qarşı yönəlib. Bununla da potensial düşmən Rusiyanın ballistik raketlərini lazımi trayektoriyaya çatmadan məhv etmək üçün məsafəni qısaldıb. Lakin Bijev deyib ki, hər bir addıma cavab var və indi Rusiya Rumıniyada raketdən müdafiə sisteminin yerləşdirilməsinə cavab olaraq nüvə qatarlarını bərpa edir. Nəticədə həmin raket kompleksinin yerini müəyyən etmək potensial düşmən üçün mümkün olmayacaq, nüvə qatarı İrkutskda da ola bilər, Murmanskda, Rusiyanın istənilən başqa yerində də.

ABŞ-la Rusiya arasında strateji nüvə anlaşmasına əsasən tərəflər bir-birlərinin ballistik raket bazalarını və iri şəhərlərini hədəf ala bilərdi. Bu, nüvə müharibəsindən çəkindirici element kimi düşünülmüşdü. Lakin indi Rusiya nüvə qatarlarını bərpa edərək bu razılaşmadan faktik olaraq çıxır. Potensial müharibədə Rusiya birinci nüvə zərbəsi endirsə ABŞ cavab zərbələri ilə onun nüvə potensialını məhv edə bilməyəcək. Çünki nüvə qatarlarının konkret bazası yoxdur və onlar dəmir yolları ilə daim hərəkətdədir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh