Banner

Rusiyanın təcili yardım maşını İsveçin paytaxtında xəstəyə yardım göstərib

Gündəm 7 Dekabr 2017 13:27 Oxunub 1074
Rusiyanın təcili yardım maşını İsveçin paytaxtında xəstəyə yardım göstərib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Rusiyalı həkimlər qəflətən yerli sakinlərdən birinin huşsuz vəziyyətdə yerə yıxıldığını görüblər və ona ilkin tibbi yardım göstəriblər

İsveçin paytaxtı Stokholm şəhərinin sakinlərindən biri qəribə hadisə ilə rastlaşıb və bunu sosial şəbəkələrdə yayıb. Avtosfer.az Virtualaz.org-a istinadən xəbər verir ki, Rusiyada fəaliyyətdə olan təcili yardım maşınının İsveç paytaxtında görünməsinin səbəbi məlum olub. Belə ki, Sankt-Peterburqda tibbi sığorta üzrə müalicə almış İsveç vətəndaşını evinə çatdırmaq üçün təcili yardım maşını qonşu ölkəyə getməli olub. Lakin küçələrdən birində rusiyalı həkimlər qəflətən yerli sakinlərdən birinin huşsuz vəziyyətdə yerə yıxıldığını görüblər və ona ilkin tibbi yardım göstəriblər.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh