Rusiyanın Ufa şəhərindən Bakıya yeni birbaşa aviareys açılır

Rusiyanın Ufa şəhərindən Bakıya yeni birbaşa aviareyslər açılır. Uçuşları "Saratov Hava Yolları" şirkəti həyata keçirəcək. "Report" "UfacityNews.ru" saytına istinadən xəbər verir ki, daşıyıcı ötən gündən etibarən sözügedən istiqamətdə biletləri satışa çıxarıb. Ufa-Bakı-Ufa reysləri martın 29-dan başlayaraq "AN-148" hava gəmiləri vasitəsi ilə cümə axşamları yerinə yetiriləcək. Ufa beynəlxalq aeroportundan uçuş yerli vaxtla 21:55-də, Heydər Əliyev hava limanına eniş isə Bakı vaxtı ilə cümə günü gecə saat 00:15-də olacaq. Uçuş vaxtı 3 saat 20 dəqiqədir. Geri uçuşlar Bakı vaxtı ilə 05:40-a, Ufaya eniş isə yerli vaxtla 10:00-a təsadüf edəcək. Hər iki istiqamətdə uçuş biletinin promo-tarif üzrə minimal qiyməti təqribən 600 manat (20 516 rubl) təşkil edir.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












