Rüstəmin döydüyü sürücü: “Arxadan yumruq vurdu, başım asfalta dəydi...” - VİDEO

Prezidentin sərəncamı ilə vəzifədən azad edilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin keçmiş müavini Novruzəli Orucovun oğlu Rüstəm Orucovun döydüyü sürücü hadisə barədə danışıb. Avtosfer.az xəbər verir ki, “Xaliq Faiqoğlu” şirkətinə məxsus 85 saylı marşrut avtobusunun sürücüsü, 1981-ci il təvəllüdlü Sənan Səmədov “qafqazinfo”ya müsahibəsində deyib ki, hadisə dairədə “BMW”nin qəfildən onun qarşısına çıxması ilə başlayıb:
“İyulun 3-də saat 21:30 radələrində “Memar Əcəmi” metrostansiyasının yaxınlığındakı dairədə hərəkətdə olarkən 10 OG 300 nömrəli “BMW” markalı avtomobil avtobusun qarşısına çıxdı. Həmin vaxt mən dairədə idim, o isə daxil olurdu. Mən ona siqnal verdim və qayda pozuntusu etdiyi üçün iradımı bildirdim. Sürücü düşüb gəldi və hansı səbəblə yolda mənim üstün olduğumu soruşdu. Mən də nişanı göstərdim, dedim buna görə sən məni gözləməlisən. O, söyüş söydü, məni təhqir etdi. Mən də dedim ki, maşında ana-bacı var, söymə. Sonra yoluma davam etdim, o da arxamca gəlirdi”.
S.Səmədov bildirib ki, general oğlu onu “söyüş”ə görə döyüb: “Marşrutun son dayanacağında saxladım, sərnişinlər də düşüb getdi. Yanıma gəlib əsəbi şəkildə dedi ki, niyə mənə siqnal vermisən? Sonra dedi ki, məni söymüsən. İzah etdim ki, onu söyməmişəm. Mən ona “maşında ana-bacı var” demişəm, o elə bilib ana-bacı söyüşü söymüşəm. Aramızda xırda mübahisə oldu, yanındakı tanışı ilə söhbət edəndə həmin oğlan arxama keçdi, qəfildən çənə nahiyyəmdən bir yumruq vurdu. Yerə yıxıldım, başım asfalta dəydi, yarıldı, huşumu itirdim. Bir də gözümü “Semaşko” xəstəxanasında açdım, onda artıq başıma tikiş qoyurdular”.
S.Səmədov səhhəti ilə əlaqədar hələ ki, işə çıxmadığını deyib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI















