Banner

Rüsumlar artırılır, minimum əməkhaqqında niyə nəzərə alınmır? – EKSPERTDƏN AÇIQLAMA

Gündəm 9 İyul 2024 15:40 Oxunub 494
Rüsumlar artırılır, minimum əməkhaqqında niyə nəzərə alınmır? – EKSPERTDƏN AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Rüsumlar artırılır, amma minimum əməkhaqqında niyə nəzərə alınmır? – EKSPERTDƏN AÇIQLAMA

Yay mövsümü başladığından əhalinin istirahət üçün üz tutduğu istirahət üçün üz tutduğu yerlər təkcə Azərbaycanın rayonları deyil. Yerli turistlərin bir qismi həm də arici ölkələrə səyahətlər edir. Bunun üçün isə ümumvətəndaş pasportu almaq şərtdir.

Avtosfer.az xəbər verir ki, ümumvətəndaş pasportunun verilməsi üçün dövlət rüsumlarının qiyməti son 2 ildə dəyişməz qalıb. Belə ki, dövlət rüsumunun məbləği on iş günü müddətində verildikdə və ya dəyişdirildikdə, yaxud Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda iki iş günü müddətində verildikdə və ya dəyişdirildikdə

- bir yaşınadək uşaqlar üçün - 15 manat;

- bir yaşından üç yaşınadək uşaqlar üçün - 25 manat;

- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 35 manat;

- on səkkiz yaşına çatmış vətəndaşlara - 60 manat.

 

Beş iş günü müddətində verildikdə və ya dəyişdirildikdə

- bir yaşınadək uşaqlar üçün - 25 manat;

- bir yaşından üç yaşınadək uşaqlar üçün - 55 manat;

- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 75 manat;

- on səkkiz yaşına çatmış vətəndaşlara - 120 manat.

 

Bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə

- bir yaşınadək uşaqlar üçün - 55 manat;

- bir yaşından üç yaşınadək uşaqlar üçün - 115 manat;

- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 155 manat;

- on səkkiz yaşına çatmış vətəndaşlara - 210 manat.

Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə on iş günü müddətində verildikdə:

- bir yaşınadək uşaqlar üçün - 25 manat;

- bir yaşından üç yaşınadək uşaqlar üçün - 40 manat;

- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 55 manat;

- on səkkiz yaşına çatmış vətəndaşlara - 75 manat.

 

Beş iş günü müddətində verildikdə

- bir yaşınadək uşaqlar üçün - 40 manat;

- bir yaşından üç yaşınadək uşaqlar üçün - 70 manat;

- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 100 manat;

- on səkkiz yaşına çatmış vətəndaşlara - 135 manat.

 

Bir iş günü müddətində verildikdə

- bir yaşınadək uşaqlar üçün - 65 manat;

- bir yaşından üç yaşınadək uşaqlar üçün - 125 manat;

- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 165 manat;

- on səkkiz yaşına çatmış vətəndaşlara - 220 manat olaraq dəyişir.

Sosial şəbəkə istifadəçiləri rüsumların bu həddə müəyyənləşməyindən narazı olduqlarını bildiriblər. Hətta bəzi şəbəkə istifadəçiləri qiymətlərin bu həddə olmasının minimum əməkhaqqına ediləcək artıma təsir etməyini də istəyib.

Məsələ ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, iqtisadiyyatın bu istiqamətində hansısa funksional asılılıq yoxdur.

“Burda yalnız korolyativ asılılıqlar və onların səviyyələri var. Hökumət minimum əməkhaqqını artırdığı zaman rüsumları nə qədər artırdığına baxmır. Minimum əməkhaqqına edilən artımlar zamanı inflyasiya əsas diqqət mərkəzində olan məsələdir. Dövlət rüsumlarındakı artımlar, inflyasiya göstəricisinin artmasına təsir edir".

 

Ekspert deyib ki, inflyasiya artımı göstərilən pullu xidmətlərin bahalaşması ilə nəticələnir.

 

“Əhali belə xidmətlərdən gündəlik istifadə etmir. Yəni vətəndaş xarici pasportu 10 illik istifadə üçün alır. Minimum əməkhaqqının artırılması üçün baxılmalı olan məsələlərdən biri də minimum istehlak səbətidir. Çox təəssüf ki, bu səbətə rüsumların artırılması ilə bağlı məlumatlar daxil edilmir. Hökumətin rüsumları qaldırma səbəbi idarədaxili, eləcə də texniki xərclərin artmasıdır. Belə məqamlarda vətəndaşı narahat edən məsələ xidmət göstərən qurumun nə qədər şəffaf və keyfiyyətli məlumat verməsi, xidmət göstərməsidir. Məsələn, əgər əhaliyə təqdim edilməsi xərcləri artıbsa, yanacağın qiymətində artım edilməlidir. Bunu stabil saxlamaq cəmiyyətə də ölkəyə də zərərdir. Amma burda vətəndaşı maraqlandıran suallara da cavab vermək lazımdır. Əhali belə anda bu cür qurumlarda yeyinti olduğunu da düşünə bilər.”

Mütəxəssislər qeyd edir ki, inkişaf etmiş bütün dövlətlər öz xidmət sahələrinin elektronlaşdırılması və müasirləşdirilməsi istiqamətində daim yeniliklər etdiyinə görə belə qiymət artımlarını tez-tez edirlrər. Ölkəmizdə də xidmət keyfiyyətinin yaxşılaşması şərtilə bu cür artımların etməsi gözləniləndir.

 

Səfər Əlizadə

ŞƏRH YAZ
Ad

E-mail

Şərh