Saat 17.00-a qədər seçicilərin 70,85 faizi səs verib - RƏSMİ

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı səsvermə prosesində saat 17:00-a olan seçici fəallığını açıqlayıb.
Avtosfer.az xəbər verir ki, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 17.00-a qədər respublika üzrə 4590075 nəfər səs verib, seçici fəallığı 70,85 faiz olub.
Qeyd edək ki, növbədənkənar prezident seçkilərinə bu gün saat 08:00-da start verilib. Seçkilər saat 19:00-da başa çatacaq. Bundan əlavə, MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə saat saat 19.00-da ilkin məlumatlar veriləcək. Səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.
Son məlumata görə, respublika üzrə seçicilərin sayı 6 478 840 nəfərdir.
Bu yollarda tıxac var - SİYAHI
Görmə məsafəsi məhdudlaşacaq - Sürücülərin nəzərinə!
Benzinin qiyməti pandemiyadan əvvəlki ən yüksək həddə çata bilər - NƏŞR
Xameneini əvəzləyən Əlirza Ərafi kimdir? - Qarabağla bağlı görün nələr deyib
Qar yağacaq, 18 dərəcə şaxta olacaq - Sabahın havası
Kütləvi toplaşma yerlərindən uzaq durun - XİN-dən Yaxın Şərqdəki vətəndaşlara müraciət
Bakıda ev qiymətinə olan qarajlar - VİDEO
"Yalnız rəsmi məlumatları yayın" - Jurnalistlərə xəbərdarlıq
Xameneinin ölümünə görə İranda MATƏM ELAN EDİLDİ
İran Dövlət Televiziyası Xameneinin öldüyünü təsdiqlədi - SON DƏQİQƏ
Ramazan ayının on birinci gününün duası - İmsak və iftar vaxtı








