Sabah havanın temperaturu 27 dərəcəyədək artacaq, yağış yağacaq

Bakıda və Abşeron yarımadasında sabah hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Avtosfer.az-a verilən məlumata görə, gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 11-14° isti, gündüz 20-25° isti, Bakıda gecə 12-14° isti, gündüz 23-25° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % təşkil edəcək. Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 7-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir. Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 22-27° isti, dağlarda gecə 4-9° isti, gündüz 12-17° isti olacağı gözlənilir.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












