Sabah Milli Məclisin sonuncu plenar iclası keçiriləcək

Sabah, dekabrın 29-da Azərbaycan Milli Məclisinin payız sessiyasının sonuncu plenar iclası keçiriləcək. Avtosfer.az-ın “Report”a istinadən xəbərinə görə, iclasın gündəliyinə 17 məsələ daxildir. Bunlar “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Turizm haqqında”, “Yol hərəkəti haqqında”, “Dövlət qulluğu haqqında” və.s qanunlara, o cümlədən Gömrük, Miqrasiya məcəllələrinə əlavə dəyişikliklər layihəsidir. Bundan başqa, “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsi üçüncü-yekun oxunuşda müzakirəyə çıxarılacaq, “Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakiminin təyin edilməsi haqqında” qanun layihəsinə baxılacaq. Sonda Dünya Azərbaycanlıların Həmrəyliyi günü münasibətilə Milli Məclisin müraciəti qəbul olunacaq. Bununla da parlamentin payız sessiyası başa çatacaq, deputatlar tətilə çıxacaq. Tətil yanvarın 15-də başa çatacaq.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












