Sabahdan 4 günlük tətil başlayır - şəhərlərarası xətlərə əlavə avtobuslar buraxılacaq - VİDEO

Sabahdan ölkə ərazisində 4 gün qeyri-iş günü olacağından bölgələrə getmək üçün bu gündən Bakı Beynəlxalq Avtovağzal Kompleksinə üz tutublar.
Tələbələr, özəl və dövlət sektorunda işləyən bəzi vətəndaşlar, eləcə də müalicə üçün Bakıya gələnlər rayonlara getmək üçün avtovağzala axın edirlər.
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi Samir Səfərovun sözlərinə görə, sabahdan başlayaraq sərnişin sıxlığının qarşısını almaq və sərnişinlərin hər hansı problemlə qarşılaşmamaları üçün Avtovağzal Kompleksi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Samir Səfərov deyir ki, Quba, Qusar, Xaçmaz, Lerik, Masallı, Astara, İsmayıllı, Şamaxı, Şəki, Gəncə, Mingəçevir və Qazax istiqamətlərinə daha çox axın var. Ümumilikdə vətəndaşlar biletləri avtovağzalın satış kassalarından gündəlik və ya qabaqcadan, eləcə də "avtovagzal.az" saytından onlayn qaydada əldə edə bilərlər. Bununla yanaşı, "1414" çağrı mərkəzinə zəng edərək sual yaradan məsələlərə aydınlıq gətirmək mümkündür.
Nömrənin itməsinin qarşısını necə alaq?
Bu gündən Azərbaycanda elektron siqaretlər qadağan olundu
Bu yolda sağa dönmək üçün qırıq xətlər əlavə olunacaq - Sürücülərə ŞAD XƏBƏR - VİDEO
AYNA-nın bəzi dayanacaqları niyə qıfıllanır? - SƏBƏB AÇIQLANDI - VİDEO
Bakı-İrəvan təyyarə reysləri açılır: Biletlər bu qiymətədir
Tramp İranla razılığa gəlinməsi mövzusunda yalan danışır? – Politoloq AÇIQLADI
Paytaxtın 16 küçəsində tıxac var - SİYAHI
Qatarlarda və vağzallarda elektron siqaretlərin istifadəsinə görə cərimə tətbiq ediləcək - FOTO
Zabratda qəbiristanlıq su altında qalıb; qurumlardan reaksiya yoxdur - VİDEO
Azərbaycanda elektron siqaret satanların nəzərinə: Sabahdan...
Sabahdan bu qaydanı pozanlar cərimə olunacaq - 30 manat...










