Sabahdan polietilen torbalar ÖDƏNİŞLİ OLACAQ

Sabahdan Azərbaycanda marketlərdə alıcılara verilən polietilen torbalar ödənişli olacaq.
Bu barədə Avtosfer.az-a "Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyindən bildirilib.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən "Ticarət Şəbəkələrinin İnkişafı” ictimai birliyinə məktub ünvanlanıb. Məktubda qeyd olunur ki, polietilen torba tullantılarının ətraf mühitə mənfi təsirlərini azaltmaq məqsədilə Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 25 nömrəli qərarına əsasən, elə həmin tarixdən etibarən, market kassalarında məhsulların yığılması üçün nəzərdə tutulan, ölçüsü 15-50 mikron olan polietilen torbalar, ayrıca məhsul növü kimi ödənişli olmalıdır.
Bununla bağlı olaraq ekoloji problemlərin həllinə yönəldilmiş tədbirlərin səmərəliliyini artırmaq, operativ həll olunmasını təmin etmək, o cümlədən, ətraf mühitin sağlamlaşdırılması məqsədilə 15 fevral 2023-cü il tarixindən etibarən, politielen torbalar müştərilərə ödənişli qaydada təqdim ediləcək.
Bakı-Qazax yolunun Nəvahi ərazisindən keçən hissəsində hərəkət bərpa olunub - AAYDA
Xəzərin səviyyəsindəki dəyişiklik turizm üçün yeni yanaşma tələb edir - MEMAR
Çin avtomobilləri yağış sınağından çıxmadı
Paytaxtın yükü 4 dəfə artıb, amma kanalizasiya sistemi yenilənməyib - MEMAR
Sürücüləri təhlükəyə atan yol: Bir gündə onlarla maşının təkəri sıradan çıxdı - VİDEO
Leysanda yoxa çıxan nömrələrin dublikatı niyə verilmir? - VİDEO
Piyadalara su sıçradan sürücüləri hansı cəza gözləyir? - VİDEO
Sel suları kənd yolunun bir hissəsini yararsız hala saldı - FOTO
Bakı səhəri belə açdı - Yağışlı yollardan yeni görüntülər - VİDEO
Metropoliten rəisi: ictimai nəqliyyat pulsuz olmalıdır
Hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ










