Banner

Sabiq deputatın oğluna "general-leytenant" rütbəsi VERİLDİ - SİYAHI

Gündəm 27 Dekabr 2021 14:25 Oxunub 3728
Sabiq deputatın oğluna "general-leytenant" rütbəsi VERİLDİ - SİYAHI
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Avtosfer.az-ın məlumatına görə, sərəncama əsasən, 3 nəfər "general-leytenant", 1 nəfər isə "general-mayor" rütbəsi alıb. Onlardan biri tanınmış alim Həsən Mirzəyevin oğlu Yusif Mirzəyevdir. O, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini - Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisidir. Onun atası H.Mirzəyev isə Milli Məclisin I çağırış deputatı olub.

Ali hərbi rütbəyə layiq görülən digər şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini Zaur Abdullayevdir. Ona "general-leytenant" rütbəsi verilib.

Digər "General-leytenant" rütbəsi alan Mayıl Şahverdiyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavinidir.

"General-mayor" rütbəsi verilən Çingiz Kiçibəyov isə Səfərbrlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon idarəsinin rəisidir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh