Sabiq MİS rəisi 10 il cəza aldı - 400 minlik dələduzluğa görə

Sabiq MİS rəisi müdirinə hökm oxunub. Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1980-ci il təvəllüdlü Quliyev Namiq Ədalət oğlu cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə 400 min manatlıq dələduzluq etməkdə təqsirləndirilən Namiq Quliyevə hökm oxunub. Məhkəmənin hökmü ilə Namiq Quliyev 10 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, Namiq Quliyev Nərimanov rayonunda yerləşən "JEK"lərdən birində rəis olub. N.Quliyev torpaq sahələrinin özəlləşdirilməsi adı ilə vətəndaşlardan 400 min manat alıb. Sabiq MİS müdiri vədinə əməl etməyərək vətəndaşlara qarşı dələduzluq edib. Qeyd edək ki, Namiq Quliyev Cinayət Məcəlləsinin 178.3.2(külli miqdarda dələduzluq) maddəsi ilə təqsirli bilinir.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












