Sabiq polis rəisinin şikayəti təmin edilmədi

Bakı Apellyasiya Məhkəməsində Binəqədi rayon Polis İdarəsi Narkotiklərlər Mübarizə Şöbəsinin keçmiş rəisi, polis mayoru Mahir Əkbərovun barəsində olan məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb. "Report"un xəbərinə görə, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, M.Əkbərovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, M.Əkbərovun həyat yoldaşı Leyla Əkbərova vətəndaşlardan 150 min manat pul alaraq dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilib. O, vətəndaşları işə düzəltmək, universitetə qəbul etdirmək, diplom almasına kömək etmək vədləri verərək bu əməlləri törədib.
Zərərçəkənlərdən biri olan Anara Məmmədova bildirib ki, onu işə düzəltmək adı ilə 100 min manatdan çox pul alıb. Bu işdə M.Əkbərovun anası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Xətai rayon İdarəsində şöbə rəisi işləyən Nigar Əkbərovanın adı hallanıb. O, həm istintaqda, həm də məhkəmədə şahid kimi ifadə verib.
Bu məhkəmə prosesi ərəfəsində M.Əkbərov mətbuata açıqlama verərək zərərçəkmiş Anara Məmmədova və həyat yoldaşı Dəyanət Məmmədov haqda ittihamlar irəli sürüb. O iddia edib ki, D.Məmmədov işlədiyi şirkətdə maliyyə maxinasiyalarına yol verərək əlavə qazanc əldə edir və özünü yüksək vəzifəli şəxslərin yaxın adamı kimi təqdim edir.
Bundan sonra D.Məmmədov Yasamal Rayon Məhkəməsinə müraciət edib. O, M.Əkbərov barəsində xüsusi ittiham qaydasında şikayət edib və səsləndirdiyi fikirlərin yalan olduğunu bildirib.
M.Əkbərovun işi üzrə Yasamal Rayon Məhkəməsində araşdırma aparılıb. Məhkəmə qərarına əsasən, o, Cinayət Məcəlləsinin 147.1-ci (böhtan yayma) maddəsi ilə təqsirli bilinib və o, 500 manat məbləğində cərimə edilib. Qərardan narazı qalan M.Əkbərov apellyasiya şikayəti verib.
Xatırladaq ki, L.Əkbərova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verdiyi apelyasiya şikayəti təmin edilməyib və hökm qüvvədə saxlanılıb.
Bu məhkəmə prosesindən sonra zərərçəkmiş A.Məmmədova prokurorluğam rəsmi qaydada ərizə ilə müraciət edib. O, M.Əkbərovun arvadı ilə əlbir olmaqda, onun barəsində dələduzluq və rəsmi sənədləri saxtalaşdırma ittihamı ilə cinayət işi başlanmasını istəyib.
Lakin prokurorluqda aparılan araşdırmalardan M.Əkbərovun barəsində olan cinayət təqbinə xitam verilib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












