Şabranda 39 km-lik müasir yol infrastrukturu yaradılır – FOTO + VİDEO

39 km uzunluğa malik və IV texniki dərəcəyə uyğun yenidən qurulan Şabran-Çayqaraqaşlı-Udulu-Hacıqaraqaşlı avtomobil yolu Şabran rayonunda bu il həyata keçirilməsi planlaşdırılan iki layihədən biridir.
Uzun müddət istismar olunması və əsaslı şəkildə təmir olunmaması yol boyu 8 yaşayış məntəqəsində yaşayan 11 mindən çox əhalinin gedi-gəlişini xeyli çətinləşdirirdi. Məhz bu nəzərə alınaraq szügedən yolda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sürətli yenidənqurma işlərinə start verilib.
Layihə çərçivəsində hazırda yol boyu yararsız qrunt 1-3 metr dərinlikdə qazılaraq çıxarılır, əvəzinə yararlı material verilərək əks-dolğu işləri aparılır və 10 metr enində yeni yol yatağı inşa olunur. Həmçinin tikinti işləri zamanı yolun altından əkin sahələrinin suvarılması və əhalinin istifadəsi üçün suların ötürülməsi məqsədi ilə 35 yerdə müxtəlif diametrli suötürücü boruların tikintisi işləri də müvəffəqiyyətlə aparılır.
Yol boyu süni qurğularda 24 metr uzunluqlara malik 2 avtomobil körpüsünün və 1 dördbucaqlı su keçidinin inşası da nəzərdə tutulub. Texnoloji ardıcıllığa uyğun olaraq növbəti mərhələdə optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yol əsasının inşası, ardınca asfaltlanma işlərinin aparılması planlaşdırılır. Yeni asfalt-beton örtük 2 laydan ibarət olmaqla və yolun hərəkət hissəsinin eni 6 metr nəzərə alınmaqla ümumilikdə 230 min kv.m-dən çox sahəyə döşənəcək.
Azərbaycan Avtomobil Yolları Dövlər Agentliyi tikinti işlərindən sonra yol boyu avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili məqsədi ilə zəruri yol nişanlarının və məlumatverici lövhələrinin quraşdırılmasını, yolcizgi və yolgöstərici xətlərinin çəkilişi işlərini aparacaq.
39 km-lik Şabran-Çayqaraqaşlı-Udulu-Hacıqaraqaşlı avtomobil yolunda tam müasir yol infrastrukturunun yaradılması yük və sərnişin daşımasını asanlaşdıracaq, vətəndaşların Şabran rayon mərkəzinə, burdan isə M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə etməklə yetişdirdikləri kənd təsərrüfatı məhsullarını tez bir zamanda və xarab olmadan istər qonşu rayonlarının, istərsə də paytaxt Bakının bazarlarına daşınmasına imkan yaradacaq.
Qeyd edək ki, Şabran-Çayqaraqaşlı-Udulu-Hacıqaraqaşlı avtomobil yolu rayon ərazisində bu il reallaşdırılması nəzərdə tutulan iki layihədən biridir. Hər iki layihənin icrası 13 yaşayış məntəqəsinin 17 mindən çox əhalisinin yüksək keyfiyyətlə yenidən qurulacaq 65 km avtomobil yolundan rahat şəkildə istifadə etməsinə imkan yaradacaq.
Namiq
Həftəsonu bu yollar bağlı olacaq - XƏBƏRDARLIQ - FOTOLAR
Paytaxtın bu küçələrində sıxlıq müşahidə olunur - SİYAHI
Sürücülərin NƏZƏRİNƏ: Sabahdan İçərişəhərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılır
Yusufla birgə hamamda zəhərlənən qız sosial şəbəkədə məşhur imiş
Zelenskinin İrəvana rəsmi səfəri Rusiya-Ermənistan münasibətlərinə təsir edəcək? - POLİTOLOQ
Sabah bu yollar bağlı olacaq - SİYAHI
Səbaildəki lyuklardan şikayət olundu; qurum hərəkətə keçdi – FOTO - VİDEO
ABŞ-İran münaqişəsi; hər iki dövləti yoraraq dağıtmaq istəyirlər? - POLİTOLOQ
Cərimə hesabına qəzaları azaltmaq mümkündür? – AÇIQLAMA - VİDEO
Şahin Mustafayevin korteji Ağverəni belə tərk etdi - VİDEO
Yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ














