Şabranda meyiti tapılan şəxsi "tok" vurubmuş

Martın 3-də Şabran RPŞ-nə rayonun Xəlifələr kəndi yaxınlığındakı dağlıq ərazidə bir gəncin meyiti tapılması haqda məlumat daxil olub. Məlumatla əlaqədar RPŞ-nin əməkdaşları hadisə yerində olub, müvafiq əməliyyat-axtarış tədbirləri keçiriblər. Araşdırmalarla meyitin fevral ayının 26-da itkin düşən 2000-ci il təvəllüdlü Əzimov Elton Siyasət oğluna məxsus olması müəyyən olunub. Hadisə ilə bağlı Şabran Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanılıb.
DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Şabran RPŞ-in və Rayon Prokurorluğunun əməkdaşları tərəfindən keçirilmiş istintaq əməliyyat tədbirləri ilə E.Əzimovun elektrik cərəyanı vurması nəticəsində öldüyü müəyyən olunub. Belə ki, Elton Əzimov yaxın qohumları Bəxtiyar Əzimov və Tərlan Əzimov ilə birlikdə qabaqcadan əlbir olaraq qusdar üsulla hazırladıqları kəsici alətlə kənd ərazisindən keçən yüksək gərginlikli elektrik naqillərini kəsən zaman ehtiyyatsızlıq nəticəsində elektrik cərəyanı vurması nəticəsində həyatını itirib. Qohumları E.Əzimovun öldüyü görərək onu meşəlik ərazidə atıb gediblər.
Keçirilmiş tədbirlərlə hər iki şəxs polis tərəfindən tutularaq istintaqa təhvil verilib və rayon məhkəməsi tərəfindən barələrində həbs qətimkan tədbirləri seçilib. Hazırda faktla bağlı zəruri istintaq tədbirləri davam etdirilir.
Nizam Həmidov,
polis leytenantı
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












