Sabunçu-Ramana avtomobil yolu asfaltlanır – FOTO+VİDEO

Bakının Sabunçu rayonundakı Sabunçu-Ramana avtomobil yolunun tikintisi işləri yekunlaşmaq üzrədir. Bu barədə Avtosfer.az-a "Azəravtoyol” ASC-dən bildirilib.
Məlumata görə, avtomobil yolu uzun müddət təmir olunmadığı üçün deformasiyaya uğrayıb və dağılmış hissələr yaranıb. Bu isə avtonəqliyyat vasitələrinin hərəkətində problemlər yaradıb. Bundan başqa, bəzi ərazilərdə piyada səkilərinin olmaması vətəndaşların normal və təhlükəsiz hərəkətinə maneə törədib. Avtomobil yolunun tikintisi ilə bu problemlər köklü şəkildə aradan qaldırılır.
Sabunçu-Ramana avtomobil yolunun uzunluğu 5,7 km, yolun hərəkət hissəsinin üni 9 metr, hər iki tərəfdə çiyinlərin (piyada səkiləri) eni isə 1,5 metr təşkil edir.
Layihə çərçivəsində zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, daha sonra karbonat materialı tökülərək yenidən kipləşdirilib. Daha sonra yolun hərəkət hissəsi asfaltlanmaq üçün hazır vəziyyətə gətirilib. Hazırda yola ikiqat olmaqla yeni asfalt-beton örtüyü döşənir. Bu işlər də artıq yekunlaşmaq ərəfəsindədir. Ümumilikdə yolun təqribən 60 min kv.m ərazisinin asfaltlanması nəzərdə tutulub.
Vətəndaşların avtomobil yolunun kənarı ilə normal və təhlükəsiz hərəkəti üçün zəruri olan yerlərdə 1,5 metr enində piyada səkilərinin tikintisi və yol boyu 6 426 poqon metr yeni səki daşlarının düzülməsi işləri aparılıb.
Tikinti işləri tam bitdikdən sonra layihə üzrə nəzərdə tutulmuş və avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, həmçinin piyada zolaqlarının, yolcizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılacaq.
Sabunçu-Ramana avtomobil yolunun tikintisi ilə 2 yaşayış məntəqəsinin 44 min nəfər əhalisinin gediş-gəlişi xeyli asanlaşacaq, yük və sərnişin daşıması yaxşılaşacaq.
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA














