Sabunçuda yerüstü piyada keçidi inşa olunur – FOTO + VİDEO

Sabunçu rayonu, Şəhər şosesi Sabunçu körpüsündən Zabrat qəsəbəsinə doğru hissədə yerüstü piyada keçidinin inşasına start verilib. “Azəravtoyol” ASC-dən Avtosfer.az-a verilən məlumata görə, yerüstü piyada keçidi metal konstruksiyalı olacaq. Keçid 2 çıxışlı, 2 aşırımlı (orta dayaqlı ) və üstü bağlı tikiləcək. Burada fiziki qüsurli insanların hərəkəti üçün də xüsusi panduslar quraşdırılacaq.
Keçidin uzunluğu 42,3 metr, pilləkənlərin uzunluğu 32,7 metr olmaqla qalereyasının uzunluğu 75 metr olacaq. Layihə çərçivəsində keçidin qalereyasının eni 4 metr, hündürlüyü 3.6 metr, yol səthindən hündürlüyünün isə 5.5 metr olması nəzərdə tutulub.
Qeyd edək ki, ilkin olaraq avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi daha 6 ərazidə metal və dəmir-beton konstruksiyalı yerüstü piyada keçidlərinin tikintisi nəzərdə tutulub. Artıq bu istiqamətdə hazırlıq işləri görülür. Yerüstü piyada keçidlərinin tikintisində məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
















