Sabunçudakı “26 Bakı komissarı” küçəsinin adı dəyişdirilib - FOTO

Bakının Sabunçu rayonundakı “26 Bakı komissarı” küçəsinin adı dəyişdirilib. Həmin küçə “2 aprel” adlandırılıb. Avtosfer.az xəbər verir ki, “Report” məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən (RİH) rəsmi açıqlama almaq istəyib. Lakin RİH-dən bildirilib ki, küçənin adının dəyişdirilməsi ilə bağlı sualı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) cavablandıra bilər. BŞİH-in mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova isə “Report”un əməkdaşı ilə söhbətində məsələdən xəbərsiz olduğunu, Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət etməyi məsləhət görüb. Qeyd edək ki, Azərbaycanın 26 ildir müstəqil olmasına baxmayaraq, həmin küçənin “26 Bakı komissarı”nın adına olması mətbuatda və sosial şəbəkələrdə etirazlara səbəb olmuşdu. Buna görə Bakı Şəhər İcra Hakimiyyəti tənqid olunurdu.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












