Banner

Saç ustası olduğu deyilən həkimin qeyri-etik görüntüləri ilə bağlı ARAŞDIRMA BAŞLANILDI - VİDEO

Gündəm 19 Avqust 2025 19:57 Oxunub 470
Saç ustası olduğu deyilən həkimin qeyri-etik görüntüləri ilə bağlı ARAŞDIRMA BAŞLANILDI - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Prokurorluq sosial şəbəkələrdə estetik əməliyyat proseduru ilə bağlı yayılan görüntünü araşdırır. Avtosfer.az-ın məlumata görə, “Dost Estetik Mərkəzi”ndə Gülbədə Abdullayeva tərəfindən icra edildiyi bildirilən əməliyyatla bağlı prokurorluqda araşdırma başlanılıb. Qeyd edək ki, bu gün sosial şəbəkədə “Dost Estetik Mərkəzi”ndə Gülbədə Abdullayeva tərəfindən icra edildiyi bildirilən liposaksiya əməliyyatının görüntüləri yayılıb. İddialara görə, əməliyyatı icra edən şəxs tibb işçisi deyil, vaxtilə saç ustası olub. Faktla bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində də araşdırma aparıldığı açıqlanıb.

***

"Sosial şəbəkələrdə yayılan videogörüntülərdə adı hallanan Abdullayeva Gülbədə Əlqismət qızının adı Səhiyyə Nazirliyinin Tibb işçilərinin vahid reyestrində mövcud deyil və tibbi fəaliyyətlə məşğul olmaq səlahiyyəti yoxdur". Bu barədə APA-ya Səhiyyə nazirliyindən məlumat verilib. "Daxil olan sorğularda əməliyyatın "Dost Estetik Mərkəzi"ndə keçirildiyi bildirilir. Digər müraciətdə isə həmin şəxsin “UĞUR Estetik Mərkəzi 777” adlı müəssisədə çalışdığı qeyd olunur. Hər iki müəssisə tibb müəssisəsi deyil və müvafiq tibbi fəaliyyət göstərmək üçün lisenziyaları yoxdur. “Dost Estetik Mərkəzi”nin adı Analitik Ekspertiza Mərkəzinin özəl tibb müəssisələrinin bazasında, eləcə də Dövlət Vergi Xidmətinin Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat bazasında mövcud deyil", - Nazirlik bildirib. Nazirlikdən verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, sahibkar Xəyalə Aydın qızı İsmayılovaya məxsus “UĞUR Estetik Mərkəzi 777” lisenziya olmadan tibbi fəaliyyət göstərir: "Yoxlama zamanı kosmetoloji xidmətlər göstərilən, tibbi avadanlıqlarla təchiz edilmiş otaqlarda pasiyent qəbulu və prosedurların icrası faktları aşkarlanıb. “UĞUR Estetik Mərkəzi 777” ilə bağlı AEM tərəfindən 2023-2025-ci illər ərzində dəfələrlə plandankənar yoxlamalar aparılıb, aşkar edilən pozuntularla bağlı ümumilikdə 5 inzibati protokol tərtib edilərək Azərbaycan Respublikasının “İnzibati Xətalar Məcəlləsi”nin 210.1-ci maddəsi üzrə cərimə olunması barədə qərar qəbul olunub. Göstərilənlərlə yanaşı, müəssisə lisenziya olmadan fəaliyyətini davam etdirdiyindən, Səhiyyə Nazirliyi tərəfindən hüquq-mühafizə orqanları qarşısında vəsatət qaldırılaraq Xəyalə Aydın qızı İsmayılovaya məxsus “UĞUR Estetik Mərkəzi 777” müəssisəsinin qanunsuz fəaliyyətinin araşdırılması ilə bağlı müraciət edilib".

***

Bakıda liposaksiya prosesini icra edən şəxsin peşə fəaliyyətinə zidd olan görüntüləri yayılıb. Avtosfer.az xəbər verir ki, Sosial şəbəkədə yayılan görüntülərə əsasən, Gülbadə Abdullayeva və onun həmkarları narkoz altında olan pasiyentin üzərində prosesi icra etdikləri alətlə rəqs edərək “qılınc-qılınc” oynayıblar. Sözügedən görüntülər sosial şəbəkədə narazılığa səbəb olub. Pasiyentin bədəninin açıq formada videoda əks olunması isə konfidensiallıqla yanaşı, onun hüquqlarının pozulması kimi dəyərləndirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh