Şadlıq evlərinin fəaliyyəti üçün meyarlar müəyyənləşsin - TƏKLİF

Şadlıq evlərinin fəaliyyəti ictimai iaşə və xidmət sektorunda kifayət qədər əhəmiyyətlidir. Şadlıq evlərinin fəaliyyətinin həm də məşğulluğun təmin edilməsi baxımından da təsirləri var.
Bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Deputat bildirib ki, şadlıq evlərinin fəaliyyəti yalnız həmin obyektlərdə deyil, digər sektorlarda çalışanların məşğulluğuna və dövriyəsinə təsir edir: "Çünki şadlıq evlərinin fəaliyyəti ərzağa tələbat yaradır, eyni zamanda digər xidmət sektorlarında çalışanların əməyindən istifadə olunur. Nəzərə alsaq ki, pandemiyanın hələ nə zaman bitəcəyi bəlli deyil, yaxşı olardı ki, şadlıq evlərinin fəaliyyəti üçün meyarlar müəyyənləşsin və həmin meyarlar çərçivəsində şadlıq evlərinin fəaliyyətinə icazə verilsin. Bu, mərhələli şəkildə, insanların sayı, şadlıq saraylarında masalar arasında məsafənin gözlənməsi, eləcə də digər meyarların müəyyənləşdirilməsi ilə mümkündür". (Trend)
Çin avtomobilləri yağış sınağından çıxmadı
Paytaxtın yükü 4 dəfə artıb, amma kanalizasiya sistemi yenilənməyib - MEMAR
Sürücüləri təhlükəyə atan yol: Bir gündə onlarla maşının təkəri sıradan çıxdı - VİDEO
Leysanda yoxa çıxan nömrələrin dublikatı niyə verilmir? - VİDEO
Piyadalara su sıçradan sürücüləri hansı cəza gözləyir? - VİDEO
Sel suları kənd yolunun bir hissəsini yararsız hala saldı - FOTO
Bakı səhəri belə açdı - Yağışlı yollardan yeni görüntülər - VİDEO
Metropoliten rəisi: ictimai nəqliyyat pulsuz olmalıdır
Hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Yağış suları həyətə dolur, hərəkət çətinləşir; qurumlardan reaksiya yoxdur - VİDEO
Sabunçu keçidi bağlandı - VİDEO










