Reklam

"Sahibkarlar bankrot olur” - İqtisadçı avtobus zolaqlarına qarşı çıxdı

Gündəm 25 Oktyabr 2024 23:15 Oxunub 576
"Sahibkarlar bankrot olur” - İqtisadçı avtobus zolaqlarına qarşı çıxdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“İctimai nəqliyyat üçün çəkilən xəttlər yol kənarında fəaliyyət göstərən kiçik və orta sahibkarları bankrot səviyyəsinə çatdırıb, alverləri 70-80 faiz düşüb. Mağaza sahibləri, kiçik sahiblarlar şikayətçidirlər. Onsuz da ağır vəziyyətdə olan kiçik biznes avtobus yollarına görə də ciddi ziyanla üzləşib. İnsanları belə cətin vəziyyətə salmaq nəyə lazımdır”.

Avtosfer.az-ın məlumatına görə, bunu “Bakupost”a iqtisadçı ekspert Natiq Cəfərli bildirib.

Onun sözlərinə görə, ictimai nəqliyyat üçün yollar kəsintisiz olanda effekt verir, avtobusların tixacda ilişməsinin qarşısı alınır. Bakıda isə kəsintisiz avtobus yolu, demək olar ki, yoxdur, ictimai nəqliyyat üçün olan yol tez-tez qırılır, həmin yerlərdə avtomobillər məcburən bütün yola dolur, nəticədə, məsələn, 500-800 metr öz yolu ilə gələn avtobus yenə tıxacda qalır, həmin yolların heç bir effekti olmur:

“İctimai nəqliyyat bərbad vəziyyətdədir. Avtobuslar, metro basabasdır, sıxlıq çoxdur, ictimai nəqliyyatın intervalı yüksəkdir. 1 saatlıq, 1 günlük, 1 aylıq, 1 illik biletlərə keçid baş vermir, gediş haqqı birdəfəlik miniklə hesablanır. Halbuki, günlük-haftəlik-aylıq-illik biletlərə keçid baş versə, gün ərzində 5-6 dəfə ictimai nəqliyyatdan istifadə edənlər uzunmüddətli və ən əsası, daha ucuz biletlər ala bilərlər ki, nəqliyyatdan istifadə daha sərfəli olsun. Yəni, birdəfəlik gediş haqqı 50 qəpikdirsə, 1 günlük alanda bu 45 qəpiyə, 1 həftəlik alanda 40 qəpiyə, 1 aylıq alanda 30 qəpiyə, 1 illik alanda 20 qəpiyə düşməlidir və eyni bilet metro-avtobuslar üçün keçərli olmalıdır. Bütün bu məsələləri həll etmək lazımdır. Harda gəldi, avtobus zolaqları çəkib hərəkəti iflic vəziyyətə salmaq olmaz”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh