Banner

Sahibkarlığın inkişafı dövlətinin iqtisadi siyasətinin prioritet sahəsidir

Gündəm 3 Aprel 2017 11:09 Oxunub 1491
Sahibkarlığın inkişafı dövlətinin iqtisadi siyasətinin prioritet sahəsidir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Heydər Əliyevin bu sahədə gördüyü tədbirlər özəl sektorun həm ümumi daxili məhsulda, həm də büdcə gəlirlərində xüsusi payını artırdı

Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasının prioritetlərindən biri sözsüz ki, sahibkarlığın inkişafıdır. Müstəqil Azərbaycanın memarı olan ulu öndər azad sahibkarlığın inkişafına daim diqqət göstərib və respublikamızın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun tərəqqisi ilə əlaqələndirib. Bu məqsədlə ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə biznes və  investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması ilə bağlı ardıcıl tədbirlər həyata keçirilib. İqtisadiyyatın əsas sektorları, inkişaf hədəfləri və istiqamətləri müəyyən edilib. Xüsusilə sahibkarlara geniş dəstək verilərək iqtisadi islahatlat həyata keçirilib. Bu baxımdan hüquqi bazanın təkmilləşdirilməsi, sahibkarlığa dövlət dəstəyinin genişləndirilməsi, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, vergi yükünün azaldılması, sağlam rəqabətin təmin edilməsi istiqamətində nəzərəçarpacaq dərəcədə geniş miqyaslı işlər həyata kecirilib. Özəl sektorun zəngin təbii sərvətlərindən səmərəli istifadə edilməsi, respublikanın investisiya cəlbediciliyinin yüksəldilməsi və digər konseptual əhəmiyyətli tədbirlərin nəticəsidir ki, bu gün ölkəmizin iqtisadiyyatının bütün sahələrində uğurlar əldə edib. Azərbaycanda milli sahibkarlar təbəqəsi formalaşıb, ölkənin davamlı və tarazlı inkişafı təmin edilib, sosial məsələlərin köklü həll edilməsi mümkün olub. Bunlar isə ümummilli lider Heydər Əliyevin böyük zəhmət və möhkəm iradəsinin nəticəsidi.

İslahatlar sahibkarların qarşısında yeni üfüqlər açdı

Ümumiyyətlə hər bir ölkənin əsas inkişaf dinamikasını şərtləndirən, istiqamət verən sənaye və kənd təsərrüfatıdır. Bu iki sahədə tənəzzülün qarşısının alınması məqsədilə ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə dövlət əmlakının özəlləşdirilməs həyata keçirildi. Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi Dövlət Proqramının qəbul edilməsi ölkəmnin inkişafında, sahibkarlıq subyektlərinin formalaşmasında önəmli rol oynadı. Kiçik və orta sahibkarlığın inkişafı dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindən birinə çevirildi. Dövlət Proqramları çərçivəsində iqtisadiyyatın və sahibkarlığın tənzimlənməsi sahəsində mühüm tədbirlər həyata keçirildi, sahibkarlara dövlət maliyyə köməyi sistemi formalaşdırıldı. Həmin dövrdə sahikarlar üzrə vergi yükünün azaldılması istiqamətində dövlət səviyyəsindəəyyən addımlar atıldı: mənfəət və əlvə dəyər vergisi dərəcələri, məcburi sığorta haqqı aşağı salındı, kiçik sahibkarlıq sübyektlərinin bir hissəsinə vahid vergi tətbiq edildi.

Əhalisinin təqribən yarısı bölgələrdə yaşayan Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi də prioritet sahə idi. Çünki Azərbaycan özünün ərzaq təhlükəsizliyinin təmin etməli, vətəndaşların ərzağa olan tələbatı başlıca olaraq öz potensialımız hesabına qarşılanmalıydı. Bunun üçün regionlarda infrastruktur sahələrinin yaradılması və kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə mühüm islahatlar həyata keçirildi. Aqrar sahənin inkişafından bəhs edərkən, ilk növbədə Azərbaycanda həyata keçirilən torpaq islahatını vurğulamaq lazımdır. Hələ 1994-cü il dekabırın 10-da keçirilmiş "Aqrar islatat: problemlər və onların həllin yolları" mövzusunda beynəlxalq konfrasda çıxış edən ümummilli lider demişdir: "... Biz islahatçı qüvvələrə yol açmalı, islahatları cəsarələ həyata keçirməliyik. Ən əsas prinsiplərdən biri odur ki, gərək xalqımıza, xususən kasıb təbəqəyə, kəndlilərə, daim torpagla bağlı adamlara zərər vurulmasın, əksinə xeyir gətirilsin. İslahatlar yeni sahibkarlar yaradacaq, ancaq aqrar bölmə ilə bağlı hər bir adam öz payını almalıdır. Bu islahatlar xalqımızın ümumi rifahinın qaldırılması üçün həyata keçirilməlidir". Belə də oldu.  Ümummilli liderin rəhbərliyi ilə aqrar sahədə də bir sıra islahatlar həyata keçirildi. 1995-1996-cı illərdə "Aqrar islahatların əsasları", "Sovxoz və kolxozların islahatı", "Torpaq islahatı" haqqında qanunların, habelə digər vacib hüquqi aktların qəbulu aqrar-sənaye kompleksində köklü dəyişikliklər aparmaq üçün imkanlar açdı. "Torpaq islahatı haqqında" qanunda Müstəqil Dövlətlər Birliyi məkanında ilk dəfə olaraq torpağın xüsusi mülkiyyətə verilməsi, onun alqı-satqı obyekti olması kimi məsələlər əksini tapdı. Kənd təsərrüfatında aparılan ciddi struktur islahatları nəticəsində dövlət mülkiyyətində saxlanılan sovxoz və kolxozlar ləğv olundu, torpaqlar əsl sahiblərinə-kəndlilərə verildi. 4270 kənddə yaşayan 850 mindən çox ailə torpaq mülkiyyətçisinə çevrildi, bu torpaqlardan səmərəli istifadə olunması üçün onlar dövlət qayğısı ilə əhatə olundu, sahibkar-fermerlər formalaşdı. Bu islahatlarda 4 mühüm prinsip fərqlənirdi.
Birincisi, Azərbaycanda torpaqlar məhz ümummilli liderin təşəbbüsü ilə vətəndaşlara pulsuz olaraq əvəzsiz verildi. Nəticədə 850 mindən çox ailə  torpaq mülkiyyətçisinə çevrildi. Bu isə yeni, güclü mülkiyyətçilər sinfi yaratmaqla yeni torpaq əkinçi münasibətləri formalaşdıraraq torpaqdan səmərəli və məhsuldar istifadəetməni şərtləndirdi, torpağa qayğı və doğma münasibəti zəruri etdi.
İkincisi, torpaqların ən yararlısı və keyfiyyətlisi özəlləşdirildi. Başqa sözlə, MDB məkanının digər ölkələrindən fərqli olaraq Azərbaycanda vətəndaşa yararsız və ya az yararlı torpaqlar deyil, keçmiş kolxoz və sovxozların ən yararlı və münbit torpaqları verildi. Eyni zamanda, Azərbaycanın fiziki və hüquqi şəxslərinə mülkiyyətlərindəki torpaq sahələri üzərində müstəsna hüquqlar, alqı-satqı, bağışlama, icarəyə və ya istifadəyə vermə, vərəsəlik, girov qoyma və s. kimi hüquqlar verildi ki, bu da ölkəmizdə torpaq islahatlarının keçmiş SSRİ-nin digər respublikalarında olduğu kimi formal deyil, əsaslı zəmində və fundamental şəkildə həyata keçirildiyini sübut etdi.
Üçüncüsü, respublikamızın ərazisində yaşayan bütün vətəndaşlara harada yaşamasından və kimliyindən asılı olmayaraq torpaqlardan istifadə və icarə hüququ verildi, eyni zamanda Azərbaycanın hər bir vətəndaşı torpaq alqı-satqısı prosesində, torpaqla bağlı müxtəlif müqavilə və əqdlərin bağlanmasında iştirak etmək hüququ əldə etdi. Yəni hər bir Azərbaycan vətəndaşı respublikamızda formalaşan torpaqla bağlı yeni mülkiyyət münasibətlərində birbaşa iştirakçı olma hüququ qazandı.
Dördüncüsü, məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə Azərbaycan vətəndaşı olmayan fiziki və hüquqi şəxslərə torpağa mülkiyyətçilik hüququ verilmədi ki, bu da nəinki mühüm iqtisadi, həmçinin ciddi siyasi əhəmiyyət daşıyırdı.

Sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik bazasının yaradılması sahəsində qəbul edilən sənədlərdə isə bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şəraitin yaradılması, sahibkarlığa hüquqi təminatın verilməsi və rəqabət mexanizminin formalaşması, həmçinin rəqabətin qorunması ilə bağlı müddəalar öz əksini tapdı. Bu sənədlər iqtisadiyyatın bütün sahələrini əhatə etməklə sahibkarlar arasında azad rəqabətin təmin olunmasına və iqtisadiyyatın dinamik inkişafına xidmət etdi.
Sahibkarlığın inkişafı istiqamətində 1993-1995-ci illəri və 1997-2000-ci illəri əhatə edən iki dövlət proqramının qəbul edilməsinin xüsusi rolu oldu, kiçik və orta sahibkarlığın inkişafı Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet sahələrindən birinə çevrildi. Bu proqramlar çərçivəsində iqtisadiyyatın və sahibkarlığın tənzimlənməsi sahəsində əhəmiyyətli tədbirlər həyata keçirildi, sahibkarlara dövlət maliyyə köməyi sistemi təşkil edildi.
Sahibkarlığın inkişafının mühüm şərtlərindən biri olan infrastrukturun formalaşdırılması sahəsində də vacib işlər görüldü, sahibkarlara zəruri texniki yardım - məsləhət, informasiya və s. xidmətlər göstərən strukturlar yaradıldı.
1993-cü ildən Azərbaycan iqtisadiyyatına yatırılan sərmayələrin həcminin ilbəil sürətlə artması ölkəmizdə həm daxili, həm də xarici investisiya üçün yaradılan əlverişli mühitin məntiqi nəticəsi idi. Xarici investisiyanın ölkəmizə cəlb olunması ümummilli lider Heydər Əliyevin apardığı uzaqgörən siyasət sayəsində mümkün oldu. Ulu öndərin bu sahədə verdiyi tövsiyə və tapşırıqları əldə rəhbər tutaraq xarici investisiya haqqında təkmil qanunvericilik bazası yaradıldı. Xarici investisiyaların cəlb olunması və qorunması istiqamətində atılan addımlar Azərbaycanla müxtəliv ölkələr arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında sazişlərin təsdiq edilməsi ilə bağlı idi. Bu addımlar Aszərbaycan iqtisadiyyatına yönəldinən istər daxili, istərsə də xarici investisiyaların həcminin hər il artmasına səbəb oldu. Məsələn, 1995-ci ildə əsasa kapitala qoyulan investiyalar 1139.9 milyard manat təşkil edirdisə, 2000-ci ildə bu göstərici 4839.1, 2001-ci ildə 5854.1, 2002-ci ildə 10534.9, 2003-cü ildə isə 18895.4 milyard manata çatıb.

Kənd təsərrüfatı istehsalçıları torpaq vergisindən azad edildi

Umummilli lider Heydər Əliyevin bilavasitə tağşırığı əsasında 1997-ci ildən başlayaraq vergi münasibətlərinin tənzimlənməsi sahəsində vahid qanunvericilik bazasının yaradılması məqsədilə Vergi Məcəlləsinin layihəsinin hazırlanmasına başlanıldı. Bu layihənin hazırlanması prosesində onun ayrı-ayrı hissələri dövlət başçısı yanında dəfələrlə müzakirə edildi, vergitutmanın sadələşdirilməsi, bazasının genişləndirilməsi, vergi yükünün azaldılması, vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi barədə dəyərli tövsiyələri bu işin uğurla başa çatdırılmasına kömək etdi.
Vergi Məcəlləsinin qəbul edilməsi ölkənin həyatında tarixi hadisə olaraq vergi sisteminin təkmilləşdirilməsi və onun beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində atılmış ən başlıca addım oldu və bu, hər şeydən əvvəl müdrik siyasətçi Heydər Əliyevin uğurlu iqtisadi siyasətinin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir. Kənd təsərrüfatında istehsalçıların torpaq vergisi istisna olmaqla digər vergilərdən 5 il müddətinə (sonradan bu vaxt uzadıldı) azad edilməsi, büdcəyə olan vergi borclarının silinməsi, onlara yanacağın (neft məhsullarının) güzəştli qiymətlərlə satışı, habelə fermer təsərrüfatları üçün kredit resurslarının ayrılması və həyata keçirilən digər tədbirlər aqrar islahatların daha sürətlə aparılmasına imkan yaratdı, kənd təsərrüfatında istehsalın artırılmasına güclü təkan verdi. 1999-cu ildə taxıl istehsalı 1 milyon 98,3 min ton, kartof 394,1 min ton, tərəvəz 670,8 min ton bostan bitkiləri 206,3 min ton, meyvə 436,5 min tona çatdırıldı.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında sahibkarlığın inkişafında dövlət nəzarət sisteminin təkmilləşdirilməsinin özünəməxsus rolu oldu. Məlum olduğu kimi iqtisadi canlanmanın vüsət aldığı dövrdə nəzarət işləri ilə məşğul olan dövlət orqanlarının fəaliyyəti ümumilikdə respublikanın iqtisadi böhrandan çıxmasında subyektiv maneələr yaradır, iqtisadi islahatların tələblərinə cavab vermir və çox vaxt sahibkarlığın inkişafına süni maneçilik törədirdi. Buna görə də bu problem müdrik siyasətçi Heydər Əliyev tərəfindən xüsusi nəzarətə götürülmüş və qısa müddətdə kompleks tədbirlərin həyata keçirilməsinə başlanılmışdı. Ilk addım kimi ölkə Prezidenti tərəfindən 17 iyun 1996-cı il tarixli "İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə" fərman imzalandı. Məqsəd iqtisadi münasibətlərin səviyyəsinə uyğun müvafiq dövlət nəzarət mexanizmini tətbiq etmək, həmin nəzarətin daha məqbul vasitələrini seçmək, bazar münasibətlərinin inkişafına mənfi təsir göstərəcək halların qarşısını almaq, vətəndaşların və hüquqi şəxslərin qanuni mənafelərini qorumaq idi. Fərmanın imzalanmasından bir müddət sonra dövlət nəzarətinin təkmilləşdirilməsi sahəsində əhəmiyyətli işlər görüldü. Belə ki, iqtisadi sahədə bir-birini təkrarlayan, paralel və lüzumsuz yoxlamaların sayı azaldı, bazar iqtisadiyyatının inkişafına mənfi təsir göstərən bir sıra halların qarşısı alındı, vətəndaşların və hüquqi şəxslərin qanuni mənafelərinin qorunması məqsədi ilə həm qanunvericilik, həm də inzibatçılıq sahəsindəəyyən tədbirlər keçirildi.
Bütün bunlarla yanaşı hələ də bəzi sahələrdə mövcud olan çatışmazlıqların tam aradan qaldırılması və iqtisadiyyatın inkişafı üçün dövlət nəzarəti sahəsində həyata keçirilən islahatların davamlı olmasını zəruri edirdi. Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi, sahibkarlığın inkişafı, yerli və xarici iş adamlarının fəaliyyətinə əsassız müdaxilələrin qarşının alınması, korrupsiya, rüşvətxorluq və digər vəzifədən su istifadə halları ilə mübarizənin genişləndirilməsi məqsədilə ölkə prezidenti tərəfindən 7 yanvar 1999-cu il tarixli "Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında" fərman imzalandı. Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi, sahibkarlığın inkişafı, yerli və xarici iş adamlarının fəaliyyətinə əsassız müdaxilələrin qarşının alınması, korrupsiya, rüşvətxorluq və digər vəzifədən su istifadə halları ilə mübarizə genişləndirildi. Bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq dövlət iqtisadiyyata birbaşa müdaxilə etmə siyasətindən imtina edərək dolayı vasitələrlə tənzimləmə siyasətinə üstünlük verdi, səmərəli maliyyə nəzarəti, o cümlədən vergi nəzarəti sistemi tətbiq oldu. Bu məqsədlə vergi orqanları tərəfindən aparılan vergi yoxlamaları əsaslı təhlil olunub və burada mövcud boşluqların aradan qaldırılmasına dair müvafiq dəyişikliklər edidi. Bu dəyişikliklər səyyar vergi yoxlamalarının dövrilik prinsipinə əsasən yox, qanun pozuntusuna yol verən, vergidən yayınan intizamsız vergi ödəyicilərində aparılmasını nəzərdə tutdu. Qeyd edək ki, iqtisadi sahədə sürətlə yeniləşən və formalaşan bazar münasibətləri cəmiyyətin düşüncə tərzində özünə məxsus inqilabi dəyişikliklərlə müşahidə olunurdu. Köhnə sovet psixologiyası tarixin arxivində gömüldü və yerini həmişəlik olaraq cəmiyyət üzvünün azad, müstəqil, tam demokratik düşüncə tərzinə verdi. Əgər iqtisadi böhranın ilk illərində sosializm və sahibkarlığın birləşdirilməsi imkanları müzakirə edilirdisə, sonradan sahibkarlıq yeni iqtisadi sistemin tərkib hissəsi kimi nəzərdən keçirildi və cəmiyyətin iqtisadi təfəkkürü artıq azad işgüzar fəaliyyətin inkişafının mövcud problemlərin həllindəki rolunu əsasən qəbul etdi.

Lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı 8 dəfə azaldıldı

Ümummilli lider Heydər Əliyev sahibkarların problemləri ilə müntəzəm maraqlanırdı. Bu məqsədlə onlarla mütəmadi görüşlər keçirir və iş adamlarını narahat edən məsələlərin aradan qaldırılması sahəsində ciddi tədbirlərin görülməsini tapşırdı. Belə görüşlərə nümunə kimi 2002-ci ilin aprel-may aylarında yerli və xarici iş adamları ilə keçirilən görüşləri göstərmək olar. Bu görüşlərdə sahibkarlığın inkişaf yolları araşdırılıb, bu inkişafa mane olan əngəllərin aradan qaldırılması üçün konkret tədbirlər mü

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

© Avtosfer.az 2014 - 2025
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.