Sahibsiz itlərin əlindən cana gələn sakinlər: “Dərdimizi kimə deyək?“ - VİDEO

Son dövrün ən aktual məsələlərindən biri də sahibsiz heyvanlarla mübarizədir. Sahibləri tərəfindən azdırılan, küçələrə atılan itlər, pişiklər və digər heyvanlar sahibsiz adı altında yaşamağa davam edirlər.
Ölkədə sahibsiz itlərin insanlara hücum etməsi ilə bağlı hadisələr tez-tez yaşanır. İnsanlari narahat edən başlıca problem isə küçədə qarşılaşdıqları heyvanların quduzluq, ya da yoluxucu xəstəliklərin daşıyıcısı ola bilmə reallığıdır.
Avtosfer.az “xəzərnews”a istinadən xəbər verir ki, bu dəfə sahibsiz itlərdən redaksiyamıza şikayətçi olanlar Bakı şəhəri, 4-cü Mikrarayon MirCəlal küçəsinin sakinləridir. Klinikalar
Sakinlər sürü halında gəzən sahibsiz itlərin insanlara hücumlarından xeyli giley-güzar edirlər.
Deyirlər ki, son vaxtlar sözügedən ərazidə sahibsiz itlərin əlindən tərpənmək olmur:
"Sahibsiz itlər rahatlığımızı əlimizdən alıb. Bir baxan, maraqlanan da yoxdur. Övladlarımız üçün narahatıq. Onların əlindən nəinki gecə, heç gündüz də küçəyə çıxmaq olmur. Dərdimizi kimə deyək?".
Sakinlər mövcud problemlə bağlı Nəsimi Rayon İcra Hakimiyyətinə müraciət etsələr də sözügedən qurum tərəfindən məsələnin onların səlahiyyətində olmadığını bildirilib.
Məsələ ilə bağlı “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzi ilə əlaqə saxlamağa çalışsaq da cavab ala bilmədik.
Sakinlərin qeydə aldığı videonu təqdim edirik.
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart - Beynəlxalq Novruz Günüdür










