Sahil Babayev: "Yeni avtomobil zavodu ilin sonuna kimi istifadəyə veriləcək"

2018-ci ilin əvvəlindən etibarən Azərbaycanda yeni avtomobillərin buraxılacağı planlaşdırılır. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, Neftçalada avtomobil zavodunun tikintisi sona çatmaq üzrədir: "Biz iranlı tərəfdaşlarımızla birgə avtomobil istehsalının başlanğıc tarixini gələn il kimi müəyyən etmişik".
Qeyd edək ki, Neftçala sənaye məhəlləsində İran tərəfi ilə birlikdə tikilməkdə olan avtomobil zavodunun əsası 2016-cı ildə qoyulub. Müəssisənin planlaşdırılmış gücü ildə 10 min avtomobil təşkil edir.
Nazir müavini həmçinin əlavə edib ki, öz zavodlarını tikən əczaçılıq şirkətləri ilə də əməkdaşlıq davam edir: "P-farm" şirkətinin zavodu gələn il istifadəyə veriləcək, İranın əczaçılıq şirkətinin zavodunun isə 2019-cu ildə istifadəyə verilməsi nəzərdə tutulub".
S.Babayev qeyd edib ki, ölkə başçısının sərəncamı ilə əsası qoyulmuş sənaye parkları və məhəllələri uğurla inkişaf edir və yenilərinin açılışı planlaşdırılır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












