Şahin Bağırov: “Gələn il iki gömrük məntəqəsi açılacaq” - VİDEO

“Növbəti ildə yeni gömrük məntəqələrinin də açılması nəzərdə tutulur”.
Bunu Trend-ə Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov bildirib.
“Planlarımız var. Hazırda “Laçın” sərhəd-buraxılış postunda və işğaldan azad edilmiş digər ərazimizdə daha iki gömrük məntəqəsi mövcuddur. Bununla yanaşı, Ağbənd keçid məntəqəsi üzərində iş aparılır. Yaxın zamanda layihələndirmə işi tamamlanacaq və inşa prosesi başlayacaq. Şimal-Cənub nəqliyyat dəhlizi üzərində Astaraçay keçid məntəqəsinin yaxınlarda açılışı planlaşdırılır. Ümumilikdə keçid məntəqələrinin sayının artırılması prioritetimizdir”, - deyə o qeyd edib.
Komitə sədrinin sözlərinə görə, bu il gömrük xətti ilə dövlət büdcəsinin gəlirlər hissəsində 5 milyard 728 milyon manat məbləğində proqnoz müəyyən edilib:
“Artıq ilin sonudur və biz bu hədəfə nail olmuşuq. Dövlət büdcəsinə 6 milyard manatdan çox vəsaitin köçürülməsi təmin olunub. Bu, kifayət qədər yaxşı rəqəmdir. Bu müsbət nəticə ölkədə yaradılmış iqtisadi şərait, investisiya mühiti, idxal-ixrac əməliyyatlarının artması, şəffaflıq və digər səbəblərlə əlaqədardır”.
Komitə sədri, həmçinin ölkədə gömrük işinin təşkili, qaçaqmalçılıqla qətiyyətli mübarizə sahəsində də ciddi addımlar atıldığını bildirib:
“Təəssüf ki, bu cür hallar hələ də baş verir. Biz hüquq-mühafizə fəaliyyətimizin effektivliyini artıraraq, bu faktların qarşısını alırıq. Bu il 1500 belə fakt aşkarlanıb ki, ötən illə müqayisədə, xeyli çoxdur. Biz çalışırıq ki, insanları maarifləndirək ki, bu əməllərdən əl çəksinlər. Hər bir halda Azərbaycanda kifayət qədər güclü hüquq-mühafizə fəaliyyəti var”.
Müsahibə zamanı, həmçinin sahibkarları narahat edən bir çox məqamlar, ölkəyə gətirilən mallara qoyulan limitlər və digər məsələlər ətrafında müzakirə aparılıb.
Bakı sakinlərini sevindirəcək xəbər - 64 milyonluq yeni layihə
“Changan”ın rəsmi servisindən aldığı avtomobil istismara yararsız olub - VİDEO
Rusiya ilə Ukrayna arasında gizli razılaşma: müharibə başa çatır? – Politoloq AÇIQLADI
Bolt 2025-ci ildə Azərbaycanda ən çox yüklənən səyahət tətbiqi olub
Metroda Yaşıl və Qırmızı xətlərdə yubanma aradan qaldırılıb - FOTOLAR
Bakıya tramvay xəttinin çəkilməsi çox vacibdir - Hüquqşünas
Tramvay xətti "28 May" ərazisində belə görünəcək - FOTO
Bakıdan Sumqayıta və əksinə taksi ilə getmək mümkün olmayacaq - 50 manat cərimə
Bakı yolları "sıxılır": Ensiz zolaqlar nəyə xidmət edir...
Yerli turistlər meşə zonasını zibilxanaya çevirdi; polis hərəkətə keçdi - VİDEO
Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur – ŞİKAYƏT - VİDEO











