Şahmat üzrə Azərbaycan milli komandası Avropa çempionu olub

Şahmat üzrə kişilərdən ibarət Azərbaycan milli komandası tarixində 3-cü dəfə Avropa çempionu olub. Bu nailiyyət Yunanıstanın Krit adalarında az əvvəl başa çatan nüfuzlu yarışda əldə olunub.
Sonuncu turda Azərbaycan yığması Ukrayna ilə 2:2 hesablı heç-heçə edib. Rusiya isə Almaniyaya qalib gəlib - 3:1. Nəticədə Rusiya da 14 xalla ilk pilləyə şərik çıxıb. Lakin əlavə göstəricilərdə Azərbaycan komandası daha üstün olduğu üçün qitə çempionu elan olunub. İkinci yeri Rusiya, 3-cü yeri isə Ukrayna tutub.
Avropa çempionatı, IX tur
16:00. Azərbaycan - Ukrayna - 2:2
Şəhriyar Məmmədyarov - Pavel Elyanov - 0,5:0,5
Yuri Krivoruçko - Teymur Rəcəbov - 0,5:0,5
Arkadi Naydiç - Ruslan Ponomaryov - 0,5:0,5
Yuri Kuzubov - Rauf Məmmədov - 0,5:0,5
Qeyd edək ki, Azərbaycan yığması daha əvvəl 2009 və 2013-cü illərdə Avropa çempionu olub.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












