Sakinlər evdə olan zaman binanı sökdülər – VİDEO

“Orbita” MTK Nizami rayonu Qara Qarayev 21, mənzil 3 ünvanında yaşayan 4 ailəni mənzillərindən çıxarıb.
Avtosfer.az xəbər verir ki, bu barədə “qafqazinfo”ya müraciət edən sözügedən binanın sakini Sülfəddin Əliyevin bildirib ki, ailəsi ilə birgə mənzildə olduqları zaman MTK işçilərinin binanı sökməyə başlayıb: “Şəxsi mənzilimiz olduğu təqdirdə “Orbita” MTK binanı başımıza uçurdu. Əlimizdə sənəd, sübutlarımızla ortada qalmışıq, baxan yoxdur. Əllərində sadəcə 2014-cü ilin sərəncamı var. Sərəncamda da birinci şərt qarşılıqlı razılaşmadır. Ancaq onlar bizim razılaşmadığımız təqdirdə sərəncamı əsas tutub günün günorta çağı binanı başımıza uçurdu”.
Sülfəddin Əliyevin sözlərinə görə, MTK mənzilləri sökən zaman blok qapısını bağlayaraq onları bayıra çıxmağa qoymayıb. Elə sakinlər evdə olan zaman divarları sökməyə başlayıblar:
“Ailəmlə 7-8 nəfər evdə idik. Biz çıxmayaq deyə binanın blokununun qarşısını bağlayıb sökməyə başladılar. Evdə qaz, su, işıq yana-yana binanı ekskavatorla uçururdular. Bloka çıxmaq istədik, çıxışın bağlı olduğunu gördük. Axırda binanın uçan arxa tərəfindən çıxmağa yer tapdıq. Videoda da hər şey görünür. Razılığımız olmadığı təqdirdə mənzillərimiz sökülüb və hazırda yeni binanın tikintisinə başlanılıb”.
Şikayətçilər İlqar Qasımov, Vüsalə Sadıqova və Sülfəddin Əliyev məsələylə bağlı dəfələrlə media və dövlət qurumlarına müraciət etsələr də, hər hansı bir nəticə olmayıb:
“Bizə deyirlər ki, filan binada sizə ev veririk, gedin orada yaşayın. Bu, necə qarşılıqlı razılaşma yoludur? Bizdən heç fikir alan yoxdur. Hazırda bütün ailələr kirayə ev tutub orada yaşayırıq. Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa yazmışıq. Hərəmizin əlində bir sənəd toplusu qalmışıq prokurorluğun, məhkəmələrin qabağında. Baş Prokurorluğa yazdığımız şikayət Nizami rayon prokurorluğuna gəlib. Oranın da qapısı üzümüzə bağlıdır. Hər dəfə gedirik, deyirlər hələ araşdırılır. Son çarə olaraq media vasitəsilə prezidentimizə səslənirik”.
"Qafqazinfo"nun əməkdaşı məsələylə bağlı "Orbita" MTK ilə əlaqə saxlayıb. Şirkətdən bir saat ərzində vəkilin açıqlama verəcəyi bildirilisə də, məsələyə münasibət bildirən olmayıb.
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO










